Həcər Abdullayeva vəfat etdi
06 Fevral 2026, 02:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1170
12.03.2020, 18:27
İran İslam Respublikasında müalicə olunduqdan sonra qayıdan Azərbaycan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü qadının səhhətindəki xroniki problemlər davam etdiyindən xəstəxanaya müraciət edib. Müayinələr zamanı onda ağır autoimmun xəstəlik olan qırmızı qurdeşənəyi (Sistemik Lupus Eritematozus), 4-cü sinif lupus nefriti və xroniki böyrək çatışmazlığının son mərhələsi olduğu müəyyən edilib. Ağır gedişli autoimmun xəstəlik fonunda xəstədə ciddi ağciyər zədələnməsi və buna bağlı tənəffüs çatışmazlığı, həmçinin yüksək dozalı steroid və kimyəvi dərman müalicəsi fonunda ciddi immun yetməzlik aşkar olunub.
Oxu24.com xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin yanında operativ qərargah məlumat yayıb.
Eyni zamanda, həmin şəxsin koronavirus infeksiyasına yoluxduğu müəyyən olunub. Xəstə xüsusi rejimli xəstəxanaya yerləşdirilmiş, onun vəziyyəti nəzarətə götürülüb və intensiv müalicə tədbirlərinin həyata keçirilməsi davam etdirilib. Bütün səylərə baxmayaraq həmin şəxsin ağır autoimmun xəstəliyinə bağlı xroniki ağırlaşmaları dərinləşib , çoxsaylı orqan çatışmazlığı inkişaf etmiş, onun həyatını xilas etmək mümkün olmayıb.
Xəstənin ünsiyyətdə olduğu ailə üzvləri və digər şəxslər müəyyən edilib, onlar karantinə götürülüb.
Həmçinin oxuyun
Qeyd edilir ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirus (COVID-19) xəstəliyinin dünyada yayılmasının pandemiya xarakteri aldığını elan edib. 12 mart tarixinə olan məlumata görə, dünyada 129.185 nəfər koronavirusa yoluxub və bu xəstəliyin əhatə dairəsi, yoluxma tendensiyası genişlənməkdədir. Virusa qarşı profilaktik tədbirlər çərçivəsində bir çox dövlətlər risk ölkələri ilə sərhədləri bağlayır, avia reysləri təxirə salır.
Qərargad tərəfindən əvvəllər də bəyan edildiyi kimi, ürək-damar, eləcə də xroniki xəstəlikləri olanlar, yuxarı yaş kateqoriyasına aid şəxslər virusa qarşı profilaktik tədbirləri daha da gücləndirməlidir.
Bir daha vətəndaşlar Ümumdünya Səhiyyə Təşkilatı və operativ qərargahın virusa qarşı profilaktik tədbirlər çərçivəsindəki tövsiyələrinə ciddi riayət etməyə, insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmağa, tibbi-profilaktik və dezinfeksiya qaydalarına əməl etməyə çağırılıb.
02:44 / 06 Fevral 2026
17
02:30 / 06 Fevral 2026
31
01:59 / 06 Fevral 2026
35
00:16 / 06 Fevral 2026
214
00:06 / 06 Fevral 2026
82
23:47 / 05 Fevral 2026
537
23:45 / 05 Fevral 2026
74
23:44 / 05 Fevral 2026
142
23:41 / 05 Fevral 2026
79
23:39 / 05 Fevral 2026
68
23:27 / 05 Fevral 2026
54
23:21 / 05 Fevral 2026
365
23:07 / 05 Fevral 2026
600
22:55 / 05 Fevral 2026
210
22:46 / 05 Fevral 2026
66
22:46 / 05 Fevral 2026
278
22:37 / 05 Fevral 2026
156
22:31 / 05 Fevral 2026
97
22:25 / 05 Fevral 2026
97
22:22 / 05 Fevral 2026
428
22:14 / 05 Fevral 2026
91
22:05 / 05 Fevral 2026
118
21:48 / 05 Fevral 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.