Zəif görmə və eynək taxmaq daha yüksək səviyyəli intellektlə bağlı ola bilər.
“Oxu24şcom xəbər verir ki, bu barədə Edinburq universitetinin alimləri açıqlama veriblər. Alimlər 300 mindən çox insanın genetik məlumatını araşdırıblar.
Nəticələr “Nature Communications” jurnalında dərc edilib.
Alimlər intellektə təsir edən 148 genetik lokus aşkar ediblər.
Alimlər həm də yüksək intellekt və uzunömürlülük, ağ ciyər xərçəngi riskinin aşağı səviyyədə olması, möhkəm psixika və daha sağlam damarlar arasında əlaqəni də aşkar ediblər.
Bir sıra tədqiqatlar sübut edib ki, eynək taxan insanlar digərləri tərəfindən daha ağıllı, etibarlı, təmiz və zəhmətkeş kimi qəbul edilir. Oxu24.com
ŞƏRHLƏR