Paytaxt küçələrindən birində ürəkağrıdıcı olay yaşanıb.
Oxu24.com xəbər verir ki, şəhər sakinləri torbada yenicə doğulmuş qız uşağı tapıblar.
Təcili tibbi yardım və polisə xəbər verən Bakı sakinləri bu görüntülər qarşısında üzüntülərini gizlədə bilməyiblər.
Körpənin ilkin doğum anındakı vəziyyətdə olması, üstünə əski parçası belə atılmadan sellofan torbada ölümə tərk edilməsi onu tapanlarda valideynlərinə qarşı nifrət hissi oyadıb.
Aynur Kazımlı
Oxu24.com
ŞƏRHLƏR