Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2417
az

Hər şeyi unudursunuz? - Çarəsi tapıldı

22:4530 May, 2018
827
CƏMİYYƏT
  • A
 Cənubi Kaliforniya Universitetinin alimləri yaddaşı möhkəmləndirən çipi insan beyninə uğurla implantasiya etməyə müvəffəq olublar. Trend-in məlumatına görə, Pentaqon tərəfindən maliyyələşdirilmiş müvafiq tədqiqat "Journal of Neural Engineering” nəşrində dərc edilib
.
Yeni tədqiqat zamanı alimlər tərəfindən layihələşdirilmiş xüsusi çip informasiyanın yadda saxlanması zamanı yaranan insan beyninin impulslarını "ələ keçirir”. Bundan sonra çip həmin impulsları gücləndirir, faktiki olaraq beyni təkrara məcbur etməklə yaddaşın işini yaxşılaşdırmağa kömək edir.

Çip könüllülərin iştirakı ilə hazırlanıb. Onların hippokampına (beynin yaddaşa görə məsul sahəsi) elektrodlar implantasiya edilib. Alimlər elektrodların köməyi ilə sinir impulslarının istiqamətini müşahidə edərək xüsusi alqoritm yaratmağa nail olublar. Bu alqoritm bu və ya digər xatirələrə uyğun gələn sinir impulslarından istəniləni seçə, yaza və oxuya bilir.

Alimlər çipin hazırda geniş yayılmış alsqeymer, demensiya və digər xəstəliklər üzərində tamamilə qalib gəlməyə imkan verəcəyini düşünürlər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Təcili: Dubay - Moskva reysi ilə uçan təyyarə Bakıya eniş etdi -FOTO
Sağ qalan bələdçidən videolarının mahnı ilə paylaşılmasına etiraz: "Aktrisa deyiləm..."
Ronaldo Yaxın Şərqin ən yaxşı futbolçusu seçildi

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi