Əhaliyə xəbərdarlıq edildi: Fevralın 5-dək ölkə ərazisində kəskin...
03 Fevral 2026, 11:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
658
28.01.2020, 22:10
Xəbər verdiyimiz kimi, Çin Xalq Respublikasında koronavirusun yayıldığı Uhan şəhərində 7 azərbaycanlı yaşayır, onlardan 4-ü tələbədir. Hazırda Çin hökuməti tərəfindən sözügedən bölgədə karantin rejimi tətbiq olunduğundan onların ölkədən çıxışına məhdudiyyət qoyulub və yaxın zamanda təxliyyə olunması gözlənilir.
"Oxu24.com" xəbər verir ki, sözügedən 4 tələbədən biri Çinin Hubey əyalətinin Uhan şəhərindəki universitetlərin birində magistr pilləsində Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində təhsil alan Tural (təhlükəsizlik baxımından soyadını qeyd etmək istəməyib) “Qafqazinfo”ya müraciə edib.
Onun sözlərinə görə, koronovirus barədə ilk məlumat dekabrın 30-da yayılıb. Həmin tarixdən bu barədə xəbərlər mütəmadi olaraq sosial şəbəkələrdə yayılsa da, bu, tədris prosesinə və adi həyat axarına mane olmayıb:
“24 yanvarda Çində Yeni il qeyd olunur və əhalinin böyük əksəriyyəti öz doğma evlərinə qayıdır və ailələri ilə birgə bayram edir. Buna görə də, adətən kampusda yeməkxanaların böyük hissəsi və digər satış obyektləri bağlanır. Birinci semestr rəsmi olaraq bizim universitetdə 7 yanvarda başa çatıb və həmin tarixdən tətil başlayır. Universitetdə növbəti semestrin fevral ayının ortalarında başlaması nəzərdə tutulurdu, lakin hazırkı vəziyyəti nəzərə alsaq bu vaxtın dəyişəcəyi istisna deyil. Hazırda universitet tərəfindən Çini tərk etmiş tələbələrə rəsmi xəbərdarlıq verilmədən geri qayıtmamaq tövsiyə olunur”.
Tural bildirib ki, Uhan şəhərində yanvarın 23-ü yerli vaxtla 10:00-dan etibarən karantin elan olunub:
“Bu tarixə qədər şəhərdə yaşayan azərbaycanlıların bəziləri şəhəri tərk edə bilib. Hazırda məndə olan məlumata görə, Uhanda 6 vətəndaşımız var. Şəhərə giriş-çıxış bağlıdır, ictimai nəqliyyat çalışmır. Hətta şəhərdaxili rayonlar da təcrid olunub, bu da virus yayılmasının qarşısının alınması üçündür. Hazırda evlərdə və yataqxanalarda qalmaq tövsiyə edilir, bayıra çıxanda isə maskalardan istifadə məcburidir. Virus yayılmasının qarşısını almaq üçün müxtəlif növdə maskalar satışda mövcuddur, lakin müəyyən yerlərdə qıtlıq müşahidə olunur.
Həmçinin oxuyun
Özümü normal hiss edirəm, yaxşıyam. Hər gün kampusda qidalanıram. Hər gün hərarətimi yoxlayıram, ancaq hələ ki, müayinə etməyiblər”.
Tələbə bildirib ki, 24 yanvar tarixindən səfirliklə sıx və birbaşa əlaqədədirlər. Hazırda Uhanda yaşayan vətəndaşlarımızın təxliyyə məsələsi Çinin dövlət qurumları ilə müzakirə olunur və bu sahədə işlər hələ davam edir:
“Böyük ehtimal Uhanı tərk etsək, digər şəhərdə məcburi karantində qalmalı olacağıq. Əgər belə olmasa belə bu proseduru Azərbaycanda keçmək lazımdır. Sosial şəbəkələrdə Uhandan olan həmvətənlərin ölkəyə buraxılmaması barədə bəzi şərhləri anlayışla qəbul edirəm. Burada əsas məsələ səhiyyəmizə olan etibarın aşağı səviyyədə olmasıdır. Onu da qeyd edim ki, doğmalarımı, dostlarımı və təmasda ola biləcəyim digər şəxsləri yoluxdurmamaq üçün hazırda Azərbaycana qayıtmaq niyyətində deyiləm.
Xatırlatmaq istərdim ki, koronavirusun hərarətdən başqa baş ağrısı, ürəkbulanması və digər simptomların olması da mümkündür. Son günlərdə adıçəkilən simptomlar olmayan şəxslərdə belə koronavirus aşkar olunub. Bunu nəzərə alaraq, karantin proseduru və şəraiti barədə Səhiyyə Nazirliyinin rəsmi saytda aydın şəkildə məlumatın yerləşdirilməsində ehtiyac var. Bu həmçinin Çində təhsil alan və çalışan azərbaycanlılar və onların ailələri, yaxınları üçün də mühüm məlumatdır".
11:36 / 03 Fevral 2026
9
11:33 / 03 Fevral 2026
13
11:27 / 03 Fevral 2026
18
11:09 / 03 Fevral 2026
142
11:07 / 03 Fevral 2026
29
10:37 / 03 Fevral 2026
36
10:35 / 03 Fevral 2026
347
10:28 / 03 Fevral 2026
46
10:14 / 03 Fevral 2026
51
09:46 / 03 Fevral 2026
557
09:14 / 03 Fevral 2026
65
08:58 / 03 Fevral 2026
561
08:56 / 03 Fevral 2026
236
08:55 / 03 Fevral 2026
98
08:51 / 03 Fevral 2026
58
23:44 / 02 Fevral 2026
169
23:39 / 02 Fevral 2026
155
23:34 / 02 Fevral 2026
144
23:29 / 02 Fevral 2026
188
23:21 / 02 Fevral 2026
160
23:08 / 02 Fevral 2026
855
22:58 / 02 Fevral 2026
224
22:53 / 02 Fevral 2026
1145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.