Qaynar xətt:

(+99450) 247 90 86

Bahar Muradova niyə siyahıdan kənarda qaldı: ONU BU ŞƏXS ƏVƏZLƏYƏCƏK

2019/12/27/1577450595_1577449752_404548831.jpg

CƏMİYYƏT

1435

27.12.2019, 16:42

Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradovanın təmsil olunduğu partiyanın seçki siyahısından kənarda qalması günün başlıca xəbərlərindəndir.
 

Sfera.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, gözləntilərin əksinə olaraq Bahar Muradovanın adının siyahıda yer almaması onun dairəsində daha şanslı namizədə "stavka" edilməsi ilə əlaqədardır. Məlumata görə, 84 saylı Füzuli seçki dairəsində Bahar Muradovanı tanınmış iqtisadçı Vüqar Bayramov əvəzləyəcək.
 

Qusardan isə Azər Badamovun yerinə bitərəf namizəd Rəşad Süleymanov iddialıdır.