Gecə 2-də işıqlar SÖNƏCƏK
12 Aprel 2026, 00:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
588
27.12.2019, 10:55
2020-ci ilin sonuna kimi Azərbaycanın bütün ərazilərində icbari tibbi sığorta sistemi tətbiq ediləcək.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.
Sistemə keçidin mərhələli şəkildə tətbiq ediləcəyini deyən Z.Əliyevin sözlərinə görə, gələn ilin ilk rübündə 20 rayon sistemə keçidlə əlaqədar yeni qayda ilə işləyəcək. Həmin dövrdə pilot layihənin tətbiq edildiyi 3 rayon da nəzərə alınarsa, icbari tibbi sığorta sisteminin tətbiq edildiyi rayonların sayı 23-ə çatacaq. İkinci rübdən qərb bölgəsi üzrə 17, 3-cü rübdən 14 rayon prosesə qoşulacaq.
Keçidin 4-cü mərhələsində isə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda sistem tətbiq ediləcək.
Həmçinin oxuyun
Qeyd edək ki, büdcədən hər bir vətəndaş üçün 90 manat (ümumi 900 mln) ayrılması nəzərdə tutulub. Həmçinin, ödənişlər 2020-ci ilin ilk 3 ayı tamamən dövlət tərəfindən ödəniləcək. Aprelin 1-dən isə vətəndaşlar ödənişə başlayacaq.
Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanan əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqının ödənilməsi müəyyənləşdirilib.
İşsiz əhali, təqaüdçülər, şagirdlər, əyani təhsil alan tələbələr, sosial müavinət alan vətəndaşlar, kənd təsərrüfatı ilə məşğul olan şəxslər (fərdi və qrup şəkildə çalışan fermerlər) ödəniş ödəməyəcəklər.
Xidmət aldığı zaman isə vətəndaşlar üçün yalnız öz paylarına düşən ödəniş məbləği limit məbləğ deyil. Vətəndaş zəruri olduğu halda limit qoyulmadan bu xidmətləri ala biləcək. (trend)
00:25 / 12 Aprel 2026
275
00:15 / 12 Aprel 2026
231
00:12 / 12 Aprel 2026
89
00:09 / 12 Aprel 2026
74
00:03 / 12 Aprel 2026
163
23:50 / 11 Aprel 2026
22169
23:47 / 11 Aprel 2026
102
23:33 / 11 Aprel 2026
91
23:26 / 11 Aprel 2026
138
23:22 / 11 Aprel 2026
189
23:09 / 11 Aprel 2026
92
23:08 / 11 Aprel 2026
96
23:01 / 11 Aprel 2026
194
22:48 / 11 Aprel 2026
637
22:46 / 11 Aprel 2026
88
22:39 / 11 Aprel 2026
77
22:34 / 11 Aprel 2026
91
22:32 / 11 Aprel 2026
522
22:19 / 11 Aprel 2026
202
22:18 / 11 Aprel 2026
343
22:07 / 11 Aprel 2026
205
22:03 / 11 Aprel 2026
104
22:02 / 11 Aprel 2026
1261
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.