Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda kompüter istehsalı artıb - Son rəqəmlər açıqlandı

2019/12/25/1577297510_813337.jpg

CƏMİYYƏT

734

25.12.2019, 22:09

Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 239,3 milyon manatlıq məhsul istehsal olunub.

Oxu24.com Trend-ə istinadən bildirir ki, əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 37,7 faiz, elektrik avadanlıqlarının istehsalı isə 1,3 faiz artıb.

Dövr ərzində əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 39,5 faiz, məişət soyuducularının istehsalı 20 faiz artıb.