12 yaşayış məntəqəsində işıq olmayacaq
26 Avqust 2026, 23:46
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
980
24.12.2019, 22:40
“Nazirlər Kabinetinin qərarına uyğun olaraq bu həftənin şənbə və bazar günləri təhsil məktəblərində tədris davamiyyəti təmin ediləcək”.
Oxu24.com-un xəbərinə görə, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.
O xatırladıb ki, Nazirlər Kabineti tərəfindən müvafiq istirahət günlərinin davamlılığını təmin etmək baxımından bu şənbə və bazar günləri iş günü elan edilib.
“Yanvar ayının 6-sı daxil olmaqla tətil günlərinin müddəti elan edilib”, - deyə nazir vurğulayıb.
Qeyd edək ki, Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerlərinin dəyişdirilməsi barədə Qərarı izah edib.
İzahda qeyd edilib ki, Qərara əsasən, vətəndaşlar dekabrın 31-i, 2020-ci ilin yanvarın 1, 2, 3, 4, 5 və 6-da istirahət etmək imkanı qazanacaqlar. Dekabrın 28 və 29-u isə iş günləri olacaq.
“Bu Qərar, bayram günləri ilə həftəsonu istirahət günlərini birləşdirərək bayram günlərinin fasiləsizliyini təmin edir ki, bu da vətəndaşların istirahət və bayramlarını daha səmərəli təşkil etməsinə imkan yaradır. İstirahət günlərinin yerinin dəyişdirilməsi haqqında Qərarın 1 ay əvvəldən elan edilməsi isə bayram günlərini səyahətdə keçirmək istəyən vətəndaşlara erkən rezervasiya imkanı yaradır" - izahda bildirilib.
23:46 / 26 Avqust 2026
36
23:16 / 26 Avqust 2026
47
22:53 / 26 Avqust 2026
40
22:53 / 26 Avqust 2026
53
22:26 / 26 Avqust 2026
63
21:53 / 26 Avqust 2026
74
21:07 / 26 Avqust 2026
73
20:47 / 26 Avqust 2026
89
20:21 / 26 Avqust 2026
94
20:00 / 26 Avqust 2026
74
19:29 / 26 Avqust 2026
67
19:16 / 26 Avqust 2026
85
18:58 / 26 Avqust 2026
87
18:47 / 26 Avqust 2026
97
18:19 / 26 Avqust 2026
79
18:04 / 26 Avqust 2026
100
17:56 / 26 Avqust 2026
103
17:43 / 26 Avqust 2026
103
17:40 / 26 Avqust 2026
87
17:20 / 26 Avqust 2026
102
16:59 / 26 Avqust 2026
90
16:45 / 26 Avqust 2026
94
16:30 / 26 Avqust 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.