Gəncə Gömrük İdarəsinə yeni rəis təyin edildi
11 Aprel 2026, 19:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
631
24.12.2019, 20:06
Sosial şəbəklərədə yol polisinə tabesizlik göstərən videogürüntülərdən məlumatlıyıq. Fakt dekabrın 20-də Nərimanov rayonu Ziya Bünyadov prospektində qeydə alınıb.
Bu barədə Bakı şəhər baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hərəkət sıxlığının intensiv olduğu prospektdə manevr etmə qaydasını pozduğu üçün yol-patrul xidməti əməkdaşları “Cherolet Aveo” markalı avtomaşına “saxla” işarəsi verib.
Sürücü yol-patrul xidməti əməkdaşlarının qanunu “saxla” işarəsinə qəsdən əməl etməyərək hərəkəti davam etdirməklə, digər hərəkət iştirakçılarına real təhükə yaradıb. Hərəkət iştirakçılarının təhlükəsizliyini təmin edən yol-patrul xidməti əməkdaşları marşurut üzrə süni tıxac yaratmaqla həmin avtomobili dayandırıblar.
Həmçinin oxuyun
Sürücü özü və avtomaşına aid heç bir sənəd təqdim etməyərək tabesizlik göstərdiyi üçün saxlanılaraq Nərimanov RPİ- təhvil verilib.
Sürücü ətrafında araşdırma zamanı avtomobili idarə edən şəxsin R.Quliyev olması müəyən olunmaqla, onun izahatı alınıb. O, izahatında tələsdiyi üçün avtomaşını saxlamadığını bildirib. Sürücü əməlindən peşiman olduğunu qeyd edib, yol polisinin onun əsaslı olaraq saxladığını, məsuliyyətdən yayınmaq üçün “tələsirəm” deməsini etiraf edib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.3 maddələrilə inzibati protolok tərtib olunaraq sərbəst buraxılıb.
Qeyd edək ki, sosial şəbəkələrdə Bakının Ziya Bünyadov prospektində yol polisi gənc yaşlı oğlanı zorla YPX avtomobilinə əyləşdirməsi barədə məlumat yayılıb.
19:26 / 11 Aprel 2026
7
19:16 / 11 Aprel 2026
23
19:05 / 11 Aprel 2026
54
18:34 / 11 Aprel 2026
35
18:14 / 11 Aprel 2026
57
18:02 / 11 Aprel 2026
75
17:40 / 11 Aprel 2026
170
16:09 / 11 Aprel 2026
1190
16:05 / 11 Aprel 2026
528
16:00 / 11 Aprel 2026
294
13:04 / 11 Aprel 2026
183
12:43 / 11 Aprel 2026
2426
10:58 / 11 Aprel 2026
115
10:57 / 11 Aprel 2026
112
10:26 / 11 Aprel 2026
99
10:25 / 11 Aprel 2026
134
10:23 / 11 Aprel 2026
102
00:32 / 11 Aprel 2026
282
00:13 / 11 Aprel 2026
220
23:52 / 10 Aprel 2026
300
23:38 / 10 Aprel 2026
168
23:19 / 10 Aprel 2026
172
23:05 / 10 Aprel 2026
262
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.