Hasil Abbasov yeni departament müdiri təyin etdi
09 Aprel 2026, 19:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
675
11.12.2019, 23:00
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın yaradıcısı olduğu formatı yaxın zamanlarda bərpa etmək arzusundadır.
Axar.az xəbər verir ki, bunu “İcmal” verilişinin efirində Ermənistan parlamentinin deputatı, Erməni Milli Konqresi Partiyası sədrinin müavini Levon Zurabyan deyib.
Onun sözlərinə görə, Nikol Paşinyanın Ter-Petrosyanın təklif etdiyi formata qayıtmaqdan başqa çıxış yolu yoxdur və bunun üçün əsaslı səbəblər var.
Həmçinin oxuyun
“Danışıqlar uzun müddət davam edə bilməz, çünki danışıqlar zamanı yerində addımlamaq yox, irəliləyişə nail olmaq lazımdır. Bu gün Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı şəxsi nəzəri baxışı yoxdur və təbii ki, belə olan halda o, başqasının mövqeyi arxasınca getməlidir”, - deyə Zurabyan bildirib.
Bəs hazırda Paşinyanın dəstəklədiyi Ter-Petrosyanın formatı nədən ibarət idi? Petrosyan 1997-ci ildə münaqişə bölgəsinin demilitarizasiyasını və 1992-1994-cü illərdə işğal edilmiş yaşayış məntəqələrinin Azərbaycana qaytarılmasını nəzərdə tutan plan təklif edirdi.
“Real olmaq və beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ ətrafında mövcud vəziyyətlə barışmayacağını anlamaq lazımdır. Çünki bu vəziyyət bölgədəki əməkdaşlığa, təhlükəsizliyə və Qərbin neft maraqlarına təhdid yaradır. Kompromisə getmək lazımdır. Əks halda biz kompromisə gedilməsi barədə xahiş edəcəyik. Kompromisdən imtina edilməsi və maksimalizm (mümkün olana yox, ən maksimala nail olmaq səyi) Qarabağın süqutuna və Ermənistandakı vəziyyətin pisləşməsinə aparan ən qısa yoldur”, - deyə Ermənistanın birinci prezidenti yazırdı.
19:16 / 09 Aprel 2026
1
19:02 / 09 Aprel 2026
33
18:50 / 09 Aprel 2026
26
18:40 / 09 Aprel 2026
41
18:30 / 09 Aprel 2026
53
18:20 / 09 Aprel 2026
46
18:10 / 09 Aprel 2026
118
18:00 / 09 Aprel 2026
51
17:56 / 09 Aprel 2026
86
17:50 / 09 Aprel 2026
49
17:34 / 09 Aprel 2026
327
17:24 / 09 Aprel 2026
55
17:22 / 09 Aprel 2026
55
17:20 / 09 Aprel 2026
64
17:09 / 09 Aprel 2026
59
17:06 / 09 Aprel 2026
61
16:58 / 09 Aprel 2026
332
16:54 / 09 Aprel 2026
73
16:51 / 09 Aprel 2026
193
16:48 / 09 Aprel 2026
47
16:44 / 09 Aprel 2026
68
16:39 / 09 Aprel 2026
87
16:30 / 09 Aprel 2026
1343
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.