Sabah 10 dərəcə şaxta olacaq
23 Yanvar 2026, 12:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1099
10.12.2019, 23:42
Bu gün ən çox vətəndaş məmnunluğundan, insanlara xidmətdən söz açılır. Məmnunluğun, xidmətin gəlişigözəl sözlər olması isə acı gerçəkdir. Özəlliklə mobil operatorların istehlakçı hüquqlarını kobud şəkildə pozmasını hamı öz təcrübəsində sınayıb. Bu pozuntular getdikcə daha şiddətlə davam edir.
Oxu24.com Vertikal.Az-a istinadla bildirir ki, ölkənin ilk mobil operatoru kimi tarixə düşən “ Bakcell”in istehlakçı hüquqlarını kobud pozması adi danışıq “sayğacı”nda özünü açıqca göstərir. Təsəvvür edin, “Bakcell”in hesablamasına görə, bir dəqiqə 60 saniyə yox, 120 saniyədir. Bəli, bəli, bu operator 1 dəqiqəlik danışığa görə 2 dəqiqənin, 2 dəqiqənin danışığına görə 3 dəqiqənin ..pulunu silir! Nə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN), nə də İqtisadiyyat Nazirliyi və yanındakı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu özbaşınalığa, hesablama metoduna hüquqi qiymət verilməsini təmin edir. Heç ali dövlət hakimiyyəti orqanları, Ombudsman da özlərini bu “xırdalıqları bulamaq” istəmir! “Xırda” özbaşınalıqdan ziyançəkənlər isə elə aztəminatlı ailələr, tələbələr, əlillərdir. Axı, onların elə imkanı yoxdur onlarla manatlıq danışıq dəqiqələri almağa. “Bakcell”in müştəridən xəbərsiz onu çeşidli xidmət tariflərinə qoşub pul silməsi də haqlı narazılıq yaradır. Bu sətirlərin yazarı respublikadan qıraqda müalicədə olanda, “Bakcell” Qarabağ əlilinin müalicəsinə öz töhfəsini özbaşına rouminq xidmətinə qoşub , 15 manatını silməklə verib və 4-cü ildir qaytarmaqdan imtina edir. Eyni zamanda, abonentlərin mobil nömrələri özlərindən xəbərsiz ləğv olunur və satışa çıxarılır . Bu operatorun abonentlərə 3 aylıq nömrədən yararlanma limiti qoyması , 3 ay tamam olan kimi nömrəni xəbərdarlıq etmədən ləğv etməsi heç bir ölçüyə sığmır. Fikir verin, xidmət elə səviyyəyə salınıb ki, 1 manatlıq danışıq haqqı ikicə günə bitir . 2 manatlıq danışıq dəqiqələri əvvəllər 1 ay, sonra 25 gün, hazırda iki ildən çoxdur 20 gün təşkil edir. Yəqin bir azdan 15 günə endiriləcək. Axı, istehlakçı hüquqlarının qorunması həyata keçirilmir! İnternetdən istifadə edəndə isə “ mobil data “nı açmağına peşman olursan, anında 5-6 manat gedir.
“Azərcell” ilk həmkarına baxanda “ toyagetməli” olsa da, xidmət göstərmədən zorla balansdan “xidmət” adına pul silməsi halları yetərincədir. Vətəndaş, sahibkar 18 manat qarşılığında “Asan imza” xidmətinə qoşulur, lakin bəlli olur ki, heç bir xidmət göstərilmir, yəni nəinki asan, heç çətinliklə də elektron imzası “tanınmır”, hələ üstəlik hər ay 1 manat xidmət haqqı da tutulur! (?) Amma “Bakcell”dən fərqli olaraq 1 manatlıq danışıq dəqiqələri 2 günə yox, 7 günə bitir. Eyni zamanda, “böyük qardaşı”ndan fərqli olaraq 3 ay müddətində nömrə ləğv edilmir, 6 ay zəng qəbul etməyə imkan verilir. Qarabağ müharibəsi veteranlarına “veteran kampaniyası” da təşkil edən “Azərcell” ilk çağlar yüklənən məbləğ qədər 1 ay müddətində balansa əlavə edirdisə, son 2 ildə cəmi 7 günlük vaxt ayırıb. Niyə məhz 7 gün? Heç olmasa, müddəti yarıqat, ən azı üçqat azaltmaq olmazdı?
Həmçinin oxuyun
Müştəri xidmətləri ofislərində abonentlərə xidmət olduqca yarıtmazdır. Bu sahədə “Bakcell” “Azərcell”i üstələyir. “Azərcel”in Nizami rayonundakı Qara Qarayev küçəsində yerləşən (Nizami RİH ilə “8-ci kilometr” bazarının arası) müştəri xidmətləri ofisindən çəkilən foto “ayaqüstü xidməti” ortaya qoyur. Yəni, xidmətçi rahat əyləşib, müştəriyə isə oturmağa oturacaq yoxdur. Piştaxtanı elə təşkil etmək olar və bu vacibdir ki, hər iki tərəf rahat əyləşə bilsin.
Bir narazılıq da hər iki operatorun və haqqında danışmadığımız “Nar”ın özəl şirkətlər olmalarına baxmayaraq, hökumətin , özəlliklə güc strukturlarının dirijor çubuğu ilə oturub-durmalarındandır. İcazəli-icazəsiz mitinqlər çağı internetin də, rabitənin də kəsilməsi, ümumiyyətlə, abonentin haqqına tüpürməkdir. “Azərcell”in 211-lə başlayan nömrələrii süni defisit yaradıb, minlərlə manata satması, yalnız hökumət nümayəndələrinə bu nömrələri verməsi istehlakçı hüquqlarının kobud pozulması deməkdir. Bu pozuntulara son qoyulacaqmı?
13:10 / 23 Yanvar 2026
13
12:55 / 23 Yanvar 2026
20
12:24 / 23 Yanvar 2026
29
12:13 / 23 Yanvar 2026
43
11:35 / 23 Yanvar 2026
219
11:25 / 23 Yanvar 2026
62
11:20 / 23 Yanvar 2026
83
11:18 / 23 Yanvar 2026
53
11:16 / 23 Yanvar 2026
59
11:10 / 23 Yanvar 2026
55
10:51 / 23 Yanvar 2026
68
10:49 / 23 Yanvar 2026
987
10:32 / 23 Yanvar 2026
212
10:30 / 23 Yanvar 2026
82
10:27 / 23 Yanvar 2026
53
10:23 / 23 Yanvar 2026
54
10:02 / 23 Yanvar 2026
122
10:00 / 23 Yanvar 2026
106
09:37 / 23 Yanvar 2026
111
08:30 / 23 Yanvar 2026
155
01:11 / 23 Yanvar 2026
197
00:29 / 23 Yanvar 2026
196
00:27 / 23 Yanvar 2026
821
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.