Qaynar xətt:

(+99450) 247 90 86

Xalq artisti deputat olmaq qərarına gəldi

2019/12/08/1575827136_1575819161_5d4d735d-dc06-4f34-983c-085cf4a4cd9f.jpg

CƏMİYYƏT

915

08.12.2019, 21:41

Xalq artisti Afaq Bəşirqızı parlament seçkilərində iştirakla bağlı son qərarını açıqlayıb.

Oxu24.com xəbər verir ki, sənətkar açıqlamasında bunları deyib:

“Heç vaxt vəzifədə, kresloda gözüm olmayıb. Amma son günlər sosial şəbəkələrdə deputatlığa namizəd olmağımla bağlı gedən müzakirələri izləyirəm. Hiss edirəm ki, illərdir sənət naminə gördüyüm işlər, hər zaman xalqımın, dövlətimin yanında olmağım cavabsız qalmayıb. İnsanlar mənim namizəd olmağıma yetərincə müsbət yanaşırlar. Əgər belədirsə, mən də onların Milli Məclisdə səsi olmağa müsbət yanaşıram. İstərdim ki, onların problemlərinin həllində, daha yuxarı instansiyalara çatdırılmasında yaxından iştirak edim”.