Prezident İlham Əliyevin korteji belə hərəkət etdi -VİDEO
21 Noyabr 2026, 22:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
964
08.12.2019, 19:27
Pnevmoniya, xalq arasında sətəlcəm kimi tanınan xəstəlik qış aylarında daha geniş yayılır. Daha çox uşaqlar və yaşlı şəxslər üçün təhlükəli sayılan bu xəstəlik hava-damcı yolu ilə çox tezliklə yayılır.
Ağciyərdə iltihabın yaranması ilə xarakterizə olunan sətəlcəm, bakteriya, virus, göbələk kimi mikroorqanizmlər sayəsində ortaya çıxır.
Oxu24.com e-tibb.az-a istinadən bildirir ki, Türkiyədən olan mütəxəssislər gündə bir qutu siqaret çəkməyin pnevmoniya riskini 3 dəfəyə yaxın artırdığını bildiriblər. Çoxlu siqaret istifadəsi immun sistemini zəiflətdiyi üçün sətəlcəmin yaranmasına səbəb olur.
Gündə 10-20 siqaret çəkmək sətəlcəm riskini 2,3 dəfə, 20 siqaret çəkmək isə 2,9 dəfə artırır.
Pnevmoniya ən çox ölümə səbəb olan xəstəliklərin sırasında 3-cü, 65 yaşdan sonra ölüm səbəbləri arasında altıncı yerdə gəlir.
Pnevmoniya qəfil başlayan öskürəklə ortaya çıxır. Dörd gündən çox davam edən qızdırma, bəlğəmli öskürək, nəfəs almada çətinlik, sinədə, başda, eləcə də bütün bədənə yayılan ağrılar, ürək bulanma, qusma, halsızlıq bu xəstəliyin əlamətləri sayılır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, ən çox ölümə səbəb olan xəstəliklərdən olan aşağı tənəffüs yolları infeksiyaları ildə 3,2 milyon insanın ölümünə səbəb olur.
Pnevmoniya əleyhinə peyvənd sətəlcəmin qarşısını almaq üçün əsas addım sayılır.
Sətəlcəmin əsas müalicəsi antibiotik müalicəsi sayılır. Eyni zamanda temperatur salan, öskürəyi və ağrını kəsən dərmanlar təyin olunur. Bundan başqa, çoxlu maye qəbulu, istirahət rejimi, yaxşı qidalanma da əlavə müalicə tədbirləri sayılır.
Alimlərin hesab edir ki, məhz peyvənd yolu ilə pnevmokokkların törətdiyi xəstəliklərin sayını 85% azaltmaq mümkündür.
Azərbaycanda Milli Peyvənd təqviminə uyğun olaraq uşaqlar 2, 4 və 6 aylığında üç dəfə peyvənd olunurlar.
Pnevmokokk peyvəndi 65 yaşlı və daha yaşlılar, ürək-damar, böyrək, qaraciyər, dalaq, şəkər xəstələri, bronxlarda problemi olanlar, immun sistemində problemi olanlar, alkoqol, siqaret istifadəçiləri, dalağı çıxarılan şəxslər üçün çox vacib sayılır.
Qeyd edək ki, mütəxəssislər siqaret çəkənlərin pnevmoniyanı daha ağır keçirdiklərini, daha çox risk qrupuna daxil olduqlarını vurğulayırlar.
22:32 / 21 Noyabr 2026
63
22:20 / 21 Noyabr 2026
161
22:02 / 21 Noyabr 2026
132
21:49 / 21 Noyabr 2026
79
21:32 / 21 Noyabr 2026
332
21:27 / 21 Noyabr 2026
106
21:20 / 21 Noyabr 2026
101
21:17 / 21 Noyabr 2026
386
20:49 / 21 Noyabr 2026
837
20:33 / 21 Noyabr 2026
134
20:09 / 21 Noyabr 2026
1414
19:14 / 21 Noyabr 2026
729
19:12 / 21 Noyabr 2026
184
18:41 / 21 Noyabr 2026
142
18:29 / 21 Noyabr 2026
129
18:19 / 21 Noyabr 2026
137
18:18 / 21 Noyabr 2026
146
17:54 / 21 Noyabr 2026
271
17:43 / 21 Noyabr 2026
2827
17:30 / 21 Noyabr 2026
180
17:17 / 21 Noyabr 2026
142
17:16 / 21 Noyabr 2026
179
17:08 / 21 Noyabr 2026
180
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.