Atanın qızının ildönümündə paylaşımı ÜRƏK DAĞLADI
21 Noyabr 2026, 22:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1006
07.12.2019, 20:15
"Azərbaycanda qəbul imtahanlarının qiymətlərinin artırılması məsələsini hələki müzakirə etmirik"Bunu Oxu24.com-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. DİM rəhbəri deyib ki, imtahanların yüksək keyfiyyətini, yeni çağırışlara cavab verməsini təmin etmək üçün ödəniş olmalıdır. Amma bu ödənişi hökumət, sifarişçi öz üzərinə götürür.
"Elə sifarişçilər var ki, namizədlərin bütün pulunu ödəyir. Amma elə sifarişçilər də var, deyir ki, namizəd özü ödəməlidir. Bu, bizdən asılı məsələ deyil, qanunvericiliklə tənzimlənir. Bizə əsas odur ki, sifarişçi qərar versin, ya namizəd ödəsin, ya da özü. Keçən ildən imtahanlarda dinləmə-anlama bacarıqlarını yoxlamaq üçün müəyyən qurğular tələb olunur, təhlükəsizliklə əlaqədar müəyyən yeniliklər tətbiq edilir, qəbul qaydaları ilə bağlı müəyyən dəyişikliklər edildi və s. Bütün bunların təşkili üçün müəyyən məbləğ xərclənir".
M.Abbaszadə qeyd edib ki, namizədlər də imtahanların keyfiyyətli, ədalətli keçirilməsinə, təhlükəsizliyin təmin olsunmasına, ekspertizanın vaxtında aparılmasında maraqlıdır.
"Bütün bunların hamısı pul tələb edir. Özbəkistandan gələn nümayəndələr bizim işimizlə tanış oldular. Özbəkistanda da hökumət tərəfindən namizəd üçün qəbul imtahanına yalnız bir dəfə ödəniş edilir. Sonra qəbul olmursa, gələn illər özü ödəyir. Bizdə də elədir. Amma bizdə yalnız həmin ilin məzunu deyil, 50 yaşında kimsə birinci dəfə imtahana gedirsə, onun imtahan xərcini dövlət öz üzərinə götürür. Özbəkistanda imtahan qiyməti minimal əmək haqqının yarısına bərabərdir və 1 milyon da abituriyent var. Bizdə isə belə deyil”.
22:47 / 21 Noyabr 2026
68
22:32 / 21 Noyabr 2026
89
22:20 / 21 Noyabr 2026
210
22:02 / 21 Noyabr 2026
152
21:49 / 21 Noyabr 2026
81
21:32 / 21 Noyabr 2026
354
21:27 / 21 Noyabr 2026
113
21:20 / 21 Noyabr 2026
105
21:17 / 21 Noyabr 2026
450
20:49 / 21 Noyabr 2026
883
20:33 / 21 Noyabr 2026
140
20:09 / 21 Noyabr 2026
1489
19:14 / 21 Noyabr 2026
736
19:12 / 21 Noyabr 2026
190
18:41 / 21 Noyabr 2026
144
18:29 / 21 Noyabr 2026
130
18:19 / 21 Noyabr 2026
139
18:18 / 21 Noyabr 2026
148
17:54 / 21 Noyabr 2026
275
17:43 / 21 Noyabr 2026
2895
17:30 / 21 Noyabr 2026
180
17:17 / 21 Noyabr 2026
143
17:16 / 21 Noyabr 2026
181
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.