Niyaməddin Musayevin qızı polkovnik imiş,uzun müddət bu nazirlikdə RƏİS İŞLƏYİB - Özəl FAKTLAR
22 Yanvar 2026, 23:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1115
07.12.2019, 17:10
2019-cu ilin ilk 9 ayında Azərbaycanın 37 şəhər və rayonuna kapital qoyuluşu ötən il ilə müqayisədə azalıb. Ən böyük azalma Naftalan rayonunda qeydə alınıb. Bu rayonun investisiya yatırımları əvvəlki ildən 10,6 dəfə azdır. Cəlilabada yatırımlar 3,3 dəfə, Ağcabədi, Bərdə və Hacıqabula yatırımlar 4 dəfə, Yevlaxa isə 3 dəfə azalıb. 13 rayon və şəhərə qoyulan investisiyanın məbləği isə 2 dəfə və ya bu ətrafda azalıb.
Məsələ ilə əlaqədar iqtisadi ekspert Natiq Cəfərli “Yeni Sabah”a bildirib ki, icra hakimiyyətlərinin fəaliyyətinin zəif olması rayonlara investisiya qoyuluşunun azalmasına səbəb olur:
“Bunun bir çox səbəbləri var. Naftalanla bağlı bir doyumluluq məsələsi var. Naftalanda bir ara investisiya səviyyəsi yüksək idi. İnvestisiya ilə bağlı rayonda bir neçə otel tikildi. Sonradan bu qədər otelin və istirahət mərkəzinin tikilməsinə ehtiyac qalmadı. Bu Naftalanla bağlı spesifik xüsusiyyətdir. Amma digər rayonlarda infranstruktur məsələsindən tutmuş, kredit çıxışının imkanlarının məhdud olmasına qədər və bir çox problemlər var ki, iş adamları üçün müəyyən əngəllər yaradır. Bu həm də icra hakimiyyətlərinin fəaliyyətindəki nöqsanlarla bağlıdır. Son zamanlar Prezident də öz islahatlarla bağlı çıxışlarında bunu dilə gətirib. İcra hakimiyyəti başçıları öz işlərini düzgün və normal qura bilmədiklərinə görə, həmçinin investorlar üçün münbit şəraitin yaradılmaması, biznes kreditlərinə çıxışın çox məhdud olması səbəbilə rayon və şəhərlərə kapital qoyuluşunun azaldığının şahidi oluruq”.
Həmçinin oxuyun
Ekspert rayonlara investisiya qoyuluşunu artırmağın yollarından da danışıb:
“Mərkəzləşdirilmiş qaydada tədbirlərin görülməsi daha böyük effekt verər. Amma regionların özləri haqlarında iqtisadi pasport çıxarmalıdırlar. Hər bir rayonun belə bir pasportu olmalıdır. Bu pasportlarda hansı sahələrə investisiya qoyuluşu daha məntiqlidir, hansı sahələr gəlirlidir və s. haqqında məlumatlar əks olunmalıdır. Yəni iş adamlarına bir yol xəritəsi təqdim olunmalıdır. İcra hakimiyyətləri bu günədək heç bir zaman bu işlə məşğul olmayıblar”.
23:44 / 22 Yanvar 2026
447
23:27 / 22 Yanvar 2026
15
23:13 / 22 Yanvar 2026
29
23:12 / 22 Yanvar 2026
37
23:09 / 22 Yanvar 2026
49
23:03 / 22 Yanvar 2026
29
22:53 / 22 Yanvar 2026
234
22:39 / 22 Yanvar 2026
58
22:33 / 22 Yanvar 2026
686
22:29 / 22 Yanvar 2026
58
22:28 / 22 Yanvar 2026
37
22:13 / 22 Yanvar 2026
58
22:00 / 22 Yanvar 2026
66
21:55 / 22 Yanvar 2026
69
21:42 / 22 Yanvar 2026
150
21:42 / 22 Yanvar 2026
43
21:40 / 22 Yanvar 2026
70
21:24 / 22 Yanvar 2026
1176
21:23 / 22 Yanvar 2026
56
21:19 / 22 Yanvar 2026
62
21:19 / 22 Yanvar 2026
82
21:09 / 22 Yanvar 2026
71
20:55 / 22 Yanvar 2026
219
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.