Misir Mərdanova yeni VƏZİFƏ VERİLDİ
22 Yanvar 2026, 15:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
845
06.12.2019, 12:26
Azərbaycanda həyata keçirilən siyasətdə sosial yönümlülük qabarıq şəkildə özünü göstərir. Ölkənin iqtisadi inkişafının artması bunu gerçəkləşdirməyə ciddi imkanlar yaradır.
Oxu24.com Trend-ə istinadla məlumat verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi, Baş nazirin müavini Əli Əhmədov deyib.
Onun sözlərinə görə, hər bir Azərbaycan vətəndaşının həyatını yaxşılaşdırmaq üçün müxtəlif sosial layihələrin həyata keçirilməsi genişlənir: "Misal olaraq, 2019-cu ildə ölkə əhalisinin çox hissəsinin həyat şəraitinin yaxşılaşdırılması üçün minimum əmək haqları və pensiyaların iki dəfəyə qədər artırılması dövlət tərəfindən ayrı-ayrı kateqoriyalarına verilən güzəştlərin miqdarının çoxalması bu layihələrin ən əhəmiyyətlisidir.
Həmçinin oxuyun
Eyni zamanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün bir neçə illərdir uğurla həyata keçirilən siyasət davam edir. Sosial layihələr üçün ayrılan dövlət vəsaiti də artırılmaqdadır. İnanıram ki, yaxın illərdə Prezidentin dəstəyi ilə məcburi köçkünlər yaşamaq üçün lazımi şəraiti olan evlərlə təmin ediləcəklər. Zəlzələ nəticəsində yaşadıqları evlər qəzalı vəziyyətə düşən insanlar da bu qəbildən olan sosial layihələrlə əhatə olunublar".
Ə.Əhmədov bildirib ki, bundan sonra Prezidentin həyata keçirdiyi siyasətdə sosial xarakter daşıyan layihələrin həcmi daha da genişlənəcək:
"Məqsəd ondan ibarətdir ki, Azərbaycanın artan və genişlənən imkanlarından hər bir vətəndaşın daha çox faydalanmasını təmin etmək mümkün olsun, hər bir vətəndaş üçün daha layiqli həyat şəraiti yaradılsın".
15:54 / 22 Yanvar 2026
1
15:39 / 22 Yanvar 2026
73
15:32 / 22 Yanvar 2026
47
15:26 / 22 Yanvar 2026
75
15:19 / 22 Yanvar 2026
42
15:02 / 22 Yanvar 2026
880
14:56 / 22 Yanvar 2026
91
14:52 / 22 Yanvar 2026
52
14:29 / 22 Yanvar 2026
47
14:27 / 22 Yanvar 2026
41
14:06 / 22 Yanvar 2026
163
14:05 / 22 Yanvar 2026
42
13:59 / 22 Yanvar 2026
233
13:27 / 22 Yanvar 2026
399
13:24 / 22 Yanvar 2026
82
13:19 / 22 Yanvar 2026
472
13:07 / 22 Yanvar 2026
105
12:50 / 22 Yanvar 2026
553
12:40 / 22 Yanvar 2026
144
12:22 / 22 Yanvar 2026
62
12:14 / 22 Yanvar 2026
208
12:04 / 22 Yanvar 2026
2094
12:00 / 22 Yanvar 2026
751
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.