Rəis qəfil dünyasını dəyişdi
21 Noyabr 2026, 23:11
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1401
06.12.2019, 09:46
Müasir dövrdə sosial şəbəkələrin həyatımızda əhəmiyyətli rol oynadığı danılmazdır. İnformasiya mənbələri içərisində bir çox kriteriyalar üzrə rəqib tanımayan sosial şəbəkələrə maraq isə günü-gündən artmaqdadır. Bu barədə qurumun mətbuat xidmətindən BAKU.WS-ə bildirilib. Verilən məlumata görə, dövrün tələb və çağırışlarına hər zaman adekvat reaksiyası ilə seçilən Daxili İşlər Nazirliyində də bu tendensiya nəzərdən qaçmamış və artıq uzun müddətdir ki, əhalinin məlumatlandırılmasında məhz sosial şəbəkələrin imkanlarından geniş istifadə edilir. Daim ölkə ictimaiyyətinin diqqət mərkəzində olan və fəaliyyəti sosial şəbəkələr üzərindən daha çox izlənilən DYP xidməti haqqında informasiyanın əhali tərəfindən daha əlçatan olması üçün DİN rəhbərliyi bu dəfə “dyp.polisazerbaycan” adlı instagram səhifəsinin yaradılmasına göstəriş verib. DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin istifadəsinə verilən “dyp.polisazerbaycan” instagram səhifəsi artıq bu gündən etibarən fəaliyyətə başlayıb. Hörmətli sosial şəbəkə istifadəçiləri! Böyük məmnunluq hissi ilə Sizləri, ölkəmizdə yol hərəkəti mədəniyyətinin daha da inkişaf etdirilməsinə, əhalinin yol hərəkəti qaydaları ilə bağlı maarifləndirilməsinə, yol hərəkəti təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər barədə ictimaiyyətin daha geniş və çevik şəkildə məlumatlandırılmasına xidmət edəcək “dyp.polisazerbaycan” instagram səhifəsini izləməyə və aktiv iştirakçılığa dəvət edirik.
23:11 / 21 Noyabr 2026
1
23:00 / 21 Noyabr 2026
37
22:47 / 21 Noyabr 2026
119
22:32 / 21 Noyabr 2026
108
22:20 / 21 Noyabr 2026
266
22:02 / 21 Noyabr 2026
172
21:49 / 21 Noyabr 2026
87
21:32 / 21 Noyabr 2026
393
21:27 / 21 Noyabr 2026
119
21:20 / 21 Noyabr 2026
112
21:17 / 21 Noyabr 2026
519
20:49 / 21 Noyabr 2026
938
20:33 / 21 Noyabr 2026
145
20:09 / 21 Noyabr 2026
1554
19:14 / 21 Noyabr 2026
750
19:12 / 21 Noyabr 2026
193
18:41 / 21 Noyabr 2026
146
18:29 / 21 Noyabr 2026
134
18:19 / 21 Noyabr 2026
141
18:18 / 21 Noyabr 2026
149
17:54 / 21 Noyabr 2026
279
17:43 / 21 Noyabr 2026
2964
17:30 / 21 Noyabr 2026
183
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.