Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda kirayə evdə qalan tələbə qızların başına iş gəldi

2019/12/05/1575547524_1575543511_qiz-.jpg

CƏMİYYƏT

1158

05.12.2019, 16:03

Bir neçə gün öncə özlərini piss hiss edərək xəstəxanaya çatdırılan tələbə qızlar evə buraxılıblar.

Bu barədə   Səhiyyə Nazirliyindən məlumat veriblər. Bildirilib ki, qastroenterit (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılan iki tələbə qızın müalicəsi başa çatıb. Bu gün onlar evə buraxılıblar.

Qeyd edək ki, dekabrın 3-də kirayə yaşadıqları evdə iki tələbənin vəziyyəti pisləşib. Yasamal rayonu Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası gastroenterit ehtimalı ilə (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) 20 yaşlı iki tələbə qızı Kliniki Tibbi Mərkəzə çatdırıb.