Bu şəxslərin maaşları ilə bağlı yeni qərar
08 Aprel 2026, 23:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1412
05.12.2019, 14:36
Dünən nəhayət ki, AQTA sədri Qoşqar Təhməzli BDU –da zəhərlənən tələbə qızların qidadan yox, toksiki səbəbdən zəhərləndiyini və birinin həyatını bu səbəbdən itirdiyini bəyan etdi.
Həftələrdir mətbuatda yazılan müxtəlif qida versiyaları heçə çıxarıldı və səhv hesab edildi. Hər halda müəyyən analizlər və meyitin ekspertizasının nəticələri dövlət rəsmisini belə bir açıqlama verməyə vadar edib.
Bəs indi hüquq mühafizə orqanlarının araşdırdığı və üzə çıxarılmalı olduğu toksiki zəhərlənmə nə deməkdir?
Medicina.az toksiki zəhərlənmə adı altında hansı maddələrdən və səbəblərdən zəhərlənmə versiyalarını araşdırıb.
Toksiki zəhərlənmə toksiki agentin müxtəlif yollarla orqanizmə düşməsi nəticəsində baş verir.
Bura aiddir:
Dəm qazı zəhərlənməsi
Müxtəlif qazlarla zəhərlənmə
Qidada olan toksiki agent, məsələn meşə göbələyi
Müxtəlif kimyəvi maddələrlə zəhərlənmə
Həmçinin oxuyun
Orqanizmə düşmə yollarına görə toksiki zəhərlənmənin inhalyasion – yəni tənəffüs yolları ilə, peroral – yəni ağızdan daxil olma, perkutan – dəri vasitəsilə, inyeksion – hər hansı iynə vurulması formaları ayırd edilir.
Toksiki agentin növü və dozasına görə fəsadlar yüngül, orta və ağır zəhərlənmə baş verir.
Baş vermə səbəbləri: təsadüfi – yəni xəstə toksiki agenti qəbul etdiyini bilmir, məişət- istehsalat – iş yerində və ya evdə toksiki maddə ilə təmasda olur, eləcə də qəsd və intihar – kimsə bu maddəni xəstəyə verib və ya xəstə sui qəsd məqsədilə qəbul edib.
Bu halların hamısının məhkəmə tibbi ekspertizası üçün yekun rəy verməyə təsiri var və ciddi araşdırılmalıdır.
Tələbə qızların narkoman, içki aludəçisi olmadıqları barədə ətrafı məlumat verdi, otaqda dəm qazı da olmayıb, çünki yataqxanada digər otaqlarda da tələbələr olub və onlar birinci dəfə təcili yardım çağıranda heç kim dəm qazı faktı aşkarlamayıb.
Ən real versiya qızların dərman, toksiki maddə tərkibli nəsə qəbul etməsidir, bu da real görünmür, çünki 3 qız birdən eyni dərmanı qəbul etməz.
O zaman digər versiya qəsdən zəhərlənmə real görünür: hər 3 qızın qidası, suyu və ya istifadə etdiyi hər hansı bir əşyaya toksiki zəhərli maddə əlavə edilib və yaxud onlar tərkibində zəhərli göbələk olan nəsə yeyib.
Qida agentliyi göbələk adı çəkmədiyi üçün qızların qidası və ya suyuna, çaydana ya ümumi mətbəxdə, ya da otaqda zəhərli maddə və ya dərman əlavə olunması versiyası üzərində dayanırıq. Yenə də son sözü hüquq mühafizə orqanları deyəcək.
23:55 / 08 Aprel 2026
19
23:50 / 08 Aprel 2026
85
23:43 / 08 Aprel 2026
34
23:40 / 08 Aprel 2026
25
23:39 / 08 Aprel 2026
141
23:37 / 08 Aprel 2026
45
23:35 / 08 Aprel 2026
33
23:33 / 08 Aprel 2026
36
23:30 / 08 Aprel 2026
33
23:24 / 08 Aprel 2026
35
23:22 / 08 Aprel 2026
41
23:20 / 08 Aprel 2026
35
23:14 / 08 Aprel 2026
29
23:00 / 08 Aprel 2026
57
22:46 / 08 Aprel 2026
56
22:44 / 08 Aprel 2026
129
22:40 / 08 Aprel 2026
3225
22:34 / 08 Aprel 2026
49
22:28 / 08 Aprel 2026
110
22:25 / 08 Aprel 2026
2056
22:22 / 08 Aprel 2026
68
22:20 / 08 Aprel 2026
70
22:18 / 08 Aprel 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.