"AMEA-da elmi katib olsaydım, elə mən də rəhbərimə çətir tutardım " — Əntiqə Rəşid həmin "zontik"dən YAZIR
22 Yanvar 2026, 13:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1273
04.12.2019, 22:40
Nazirlər Kabineti sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında 459 saylı qərara aydınlıq gətirib.
"Ölkə.Az"ın Nazirlər Kabinetinin saytına istinadən məlumatına görə, sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilir:
"Bu qərar ehtiyacı olan, aztəminatlı ailələrin dövlət tərəfindən kirayə evlə təmin edilməsi üçün normaları müəyyənləşdirir. Yəni dövlət və bələdiyyələr gələcəkdə ehtiyacı olan vətəndaşları sosial kirayə şərtləri ilə yaşamaq üçün nəzərdə tutulmuş xüsusi mənzil fondundan mənzillərlə təmin etməyi planlaşdırır. Belə mənzillər ailələrin mülkiyyətinə verilmir. Bu qərara görə gələcəkdə belə mənzillər verilərkən ailənin hər üzvü üçün 16 kvadratmetr yaşayış sahəsi nəzərdə tutulur. Bu Avropa standartlarına uyğun bir ölçüdür.
Xatırladırıq ki, sovet dövründə bu normalar əvvəl adambaşına 5, daha sonra 8 kvadratmetr olmuşdu. İndi, Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu norma dövlət sosial mənzil fondundan veriləcək mənzillər üçün adambaşına 16 kvadratmetrdir. Bələdiyyələr isə daha artıq ölçüdə mənzillər təqdim edə bilərlər. Hazırda belə mənzillərə ehtiyacı olan vətəndaşların uçota alınması normaları da müvafiq dövlət qurumlarında müzakirə olunur və yaxın müddətdə təsdiq olunacağı gözlənilir.
Həmçinin oxuyun
Sosial təyinatlı mənzil fondundan istifadə edəcək vətəndaşlar yerli icra hakimiyyəti orqanlarında uçota alınacaq və növbəlilik prinsipi ilə təmin ediləcəklər. Növbədənkənar təmin ediləcək vətəndaşlar sırasına isə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan, habelə xroniki xəstəliklərə tutulmuş vətəndaşlar daxildir. Sosial kirayə müqaviləsi yerli icra hakimiyyəti orqanları ilə vətəndaşlar arasında müddətsiz olaraq bağlanır, qarşılıqlı razılıq əsasında və yaşayış yerini dəyişdikdə və s. hallarda ləğv edilə bilər".
13:19 / 22 Yanvar 2026
9
13:07 / 22 Yanvar 2026
29
12:50 / 22 Yanvar 2026
145
12:40 / 22 Yanvar 2026
73
12:22 / 22 Yanvar 2026
27
12:14 / 22 Yanvar 2026
77
12:04 / 22 Yanvar 2026
1323
12:00 / 22 Yanvar 2026
313
11:55 / 22 Yanvar 2026
44
11:49 / 22 Yanvar 2026
57
11:40 / 22 Yanvar 2026
468
11:38 / 22 Yanvar 2026
47
11:29 / 22 Yanvar 2026
56
11:21 / 22 Yanvar 2026
47
11:06 / 22 Yanvar 2026
676
11:00 / 22 Yanvar 2026
115
10:54 / 22 Yanvar 2026
121
10:50 / 22 Yanvar 2026
129
10:46 / 22 Yanvar 2026
59
10:41 / 22 Yanvar 2026
87
10:30 / 22 Yanvar 2026
609
10:15 / 22 Yanvar 2026
66
10:13 / 22 Yanvar 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.