Qaynar xətt:

(+99450) 247 90 86

Oqtay Gülalıyev "Amerika xəstəxanasına" köçürülür - SON DURUMU

Oqtay Gülalıyev \\\"Amerika xəstəxanasına\\\" köçürülür - SON DURUMU

CƏMİYYƏT

886

18.11.2019, 22:57

\"\" Avtomobil qəzasından sonra müalicə üçün Türkiyəyə aparılan hüquq müdafiəçisi Oqtay Gülalıyevin hazırda İstanbuldakı \"Amerika Xəstəxanası”na (\"Amerika Hastanesi”) köçürülməsi üçün hazırlıq işləri gedir.
Oxu24.com xəbər verir ki, cebhe.info-ya Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev bildirib. O deyib ki, atasının səhhətində hər hansı irəliləyiş yoxdur: \"Atam 20 günə yaxındır ki, komadadır, ayılmayıb. Hazırda sənədlərini hazırlayırıq. Atamı \"Amerika Xəstəxanası”na köçürürük”.
Qeyd edək ki, Oqtay Gülalıyev noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və Avrasiya Xəstəxanasına yerləşdirilib. Hüquq müdafiəçisi oktyabrın 29-da avtomobil vurması nəticəsində ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar. Oktyabrın 30-da beyindən gematomanın çıxarılması üzrə əməliyyat olunub. Həkimlərin proqnozlarına görə, nəticə müsbət olsa, bir neçə həftə sonra hüquq müdafiəçisi komadan çıxa bilər və bundan sonra aylarla reabilitasiya kursu keçməlidir.