Qaynar xətt:

(+99450) 247 90 86

Onlayn alış-verişin üstünlükləri

2019-11/1573998903_802558.jpg

CƏMİYYƏT

627

17.11.2019, 17:55

\"\" Müasir dövrümüzdə əksər insanlar alış-verişi daha çox internet üzərindən edir.
Oxu24.com axşam.az-a istinadən onlayn alış-verişin üstünlüklərini təqdim edir. Rahatlıq
Mağazaların açılıb-bağlanma vaxtlarını nəzər almadan, evinizdən alış-veriş etmək yalnız onlayn şəkildə mümkündür. Daha ucuz qiymət Hamımız bilirik ki, mağazalarda icarə, maaşlar, kommunal, təmizlik, təmir və s. kimi xərclər var. Bu xərclər birbaşa məhsulun qiymətinə təsir edərək onu bahalaşdırdır. Bunu nəzərə alsaq, onlayn satılan məhsulların qiymətlərinin mağazalarda satılan məhsullardan daha ucuz olduğunun səbəbini bilmək çətin deyil. Daha çox çeşid Fərqli satıcılar tərəfindən məhsulların onlayn bazara çıxarılması alıcılar üçün yüzminlərlə məhsul çeşidi arasından seçim etmə imkanı tanıyır. Heç bir fiziki mağazada və ya ticarət mərkəzində bu qədər çeşid görmə imkanı əldə etmək mümkün deyil. Hədiyyəni birbaşa göndərmə imkani Qohumlara və ya dostlara hədiyyə alıb göndərmək üçün əlavə zəhmətə ehtiyac yoxdur. Onların harada yaşamasından asılı olmayaraq, sifariş verdiyiniz hədiyyəni daxil etdiyiniz ünvana asanlıqda göndərə bilərsiniz. Qiymətləri müqayisə etmək imkanı Fərqli mağazaların oxşar məhsullarını internetdə axtarmaq və onların qiymətlərini müqayisə etmək çox asandır və az vaxt alır. Etiraf edək ki, fərqli ünvanlarda yerləşmiş onlarla mağazanın oxşar məhsullarının qiymətlərini müqayisə etmək bu qədər qısa vaxtda mümkün deyil. Bu baxımdan onlayn alış-veriş daha əlverişlidir. Sakit mühit Əksər insanları alış-veriş zamanı adamların çoxluğu, səs-küy, sıxlıq və yaranan növbə narahat edir. Xüsusilə bayram günləri və həftə sonları belə hallar çox yaşanır. Onlayn alış-veriş bizi bu problərdən tamamilə azad edir. Şəxsi əşyaların rahatlıqla alınması Şəxsi əşyaları aldığımız zaman kənar insanların bunu görməsi narahat oluruq. Belə olduqda seçim etmək də çətinləşir. Onlayn alış-veriş isə bu problemi aradan qaldırır. Heç kimə görünmədən istədiyimiz məhsulu özümüz və ya bir başqası üçün rahatlıqla sifariş verə bilərik.