Qaynar xətt:

(+99450) 247 90 86

Saç tökülməsinin qarşısını alan QİDALAR - SİYAHI

2019-11/1573849757_photo_77367.jpg

CƏMİYYƏT

905

16.11.2019, 00:29

\"\" Gündəlik 50-200 saç tükünün tökülməsi normaldır. Amma bundan çox saç tökülməsi qidalanmada nəyinsə düzgün R
Oxu24.com saç tökülməsinin qarşısını alan qidaların siyahısını təqdim edir. Mövsümlərin dəyişməsi, hormonal faktorlar və qeyri-stabil həyat tərzi saçlara mənfi təsir edir.
Xüsusən də protein, dəmir və digər maddələrin olduğu qidalarla saç sağlamlığını bərpa etmək mümkündür. Saç keratin proteindən ibarətdir. Saç sağlamlığı üçün protein kifayət deyil. Bunun yanında saç və saç dərisi üçün faydalı olan digər qidalar: dəmir, biotin, sink, selenium, mis və maqneizum, A, B6, C, D,P E vitaminləri lazımdır. Selenium Selenium balıq, taxıl bitkiləri, gül kələmi, kələm, kərəviz, xiyar, soğan, turp, sarımsaq, göbələk, yumurta və günəbaxan tumunun tərkibində olur. D vitamini Ən yaxşı D vitamini mənbəyi günəşdir. Amma uzun müddət günəş şüasına məruz qalan saçlar da ziyan çəkir. Bu səbəbdən də yağlı balıq, yumurtanın sarısı, pendir və süd qəbul etmək lazımdır. Sink Dəniz məhsulları, ət, quru paxla və göbələyin tərkibində var. A vitamini Balıq, yumurta, qırmızı ət, süd, qatıq, yerkökü, ərik qurusu, yemiş, şaftalı, ispanaq, gül kələmi, cəfəri kimi qidaların tərkibində var. E vitamini Bitki yağları, günəbaxan tumu, yer fındığı, yaşıl yarpaqlı tərəvəz və kəpəkli unun tərkibində var. Dəmir Qırmızı ət, yumurta, quru paxla, bəhməz, yaşıl tərəvəz, pomidor, quru meyvələrin tərkibində var. Niasin Toyuq, hind quşu, balıq, göbələk, buğda kəpəyi, yer fındığı, günəbaxan tumu, süd, qatıq, pendir, yumurta və kartofun tərkibi niasinlə zəngindir. B6 vitamini Banan, kartof, noxud, balıq, toyuq, yemiş, ispanaq, gül kələmi, qırmızı ət, pomidor, günəbaxan tumu, yer fındığının tərkibində olur. Maqnezium Günəbaxan tumu, qabaq çəyirdəyi, badam, balqabaq, gül kələmi, kartof, lobya, ət, süd, balıq, yumurta, pivə və şokaladın tərkibində var. Mis Dəniz məhsulları, kartof, qara ciyər, quru paxlalar, kakao, ərik qurusu, quru meyvələr və yağlı yoxumlarda olur. C vitamini İtburnu, kivi, narıncı meyvələr, çiyələk, gül kələmi, qırmızı və yaşıl bibər, yemiş, yaşıl yarpaqlı tərəvəzlər, pomidor və kartofun tərkibində var. Biotin Yumurta sarısı, pendir və yer fındığı biotinlə zəngindir