Qaynar xətt:

(+99450) 247 90 86

Yüzlərlə şəhid və əlil ailəsinə ŞAD XƏBƏR

2019-11/1573657856_74661827_774434209668559_4900545366769795072_n.png

CƏMİYYƏT

723

13.11.2019, 19:11

\"\" “2014-cü ilə qədər mənzil növbəsinə duran Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinin mənzil təminatı cənab Prezidentin müvafiq sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb”.
Oxu24.com-un APA-a istinadən xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. O bildirib ki, 2014-cü ilin yanvarın 1-dək mənzil növbəsinə duran insanların siyahısı yerli icra hakimiyyətləri tərəfindən tutulub və nazirliyə təqdim edilib: “Nazirliyin internet səhifəsində bu siyahı ictimaiyyətə tam açıq elan olunub. Təkcə bu il 934 şəhid ailəsi və əlilliyi olan şəxsə mənzillər təqdim ediləcək”. Nazirin sözlərinə görə, ilin sonuna növbədə təqribən 3 min nəfə qalacaq: “Növbəti ildə bu proqram daha da genişləndirilərək aparılacaq. Çünki cənab Prezidentin niyyəti qısa müddət ərzində, 2-3 ilə növbədə olan insanların mənzil təminatının tam şəkildə həll edilməsidir”.