Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19767
az

Aran rayonlarında quraq günlərin sayı artacaq - PROQNOZ

22:3112 Noyabr, 2019
1089
  • A
İqlimin istiləşməsi nəticəsində Xəzərdə buxarlanma artacaq.

Oxu24.com Trend-ə istinadən xəbər verir ki, bunu AMEA Coğrafiya İnstitutunun direktoru və Coğrafiya Cəmiyyətinin prezidenti akademik Ramiz Məmmədov "Azərbaycanın arid regionlarinda təbii-təsərrüfat sistemlərinin təşkili və idarə olunması" mövzusunda elmi-praktiki konfransda deyib.

Onun sözlərinə görə, iqlimin istiləşməsi nəticəsində məhsuldarlıq azalacaq, torpaqda kimyəvi və biokimyəvi proseslərin sürətlənməsinə görə bitki örtüyü azalacaq, şoranlaşmış ərazilərin sahəsi və səhralaşma prosesi artacaq, su qıtlığı yaranacaq. Yağıntılar azaldığından çayların suyu azalacaq.

R.Məmmədov qeyd edib ki, iqlimin istiləşməsi nəticəsində Kür-Araz ovalığında quraqlığın 50-60 gündən çox olması ehtimalı yaranacaq.

O, bu nəticələrə apardığı elmi tədqiqatlar nəticəsində gəldiyini söyləyib.

Coğrafiya üzrə elmlər doktoru Zakir Eminov "Azərbaycanda əhalinin həyat keyfiyyəti və onun demoqrafiq inkişafa təsiri" mövzusu ilə çıxış edib. Tədqiqatçı Azərbaycanda ümumi, şəhər və kənd əhalisinin min nəfərə görə və onun iqtisadi rayonlar üzrə say artımını göstərib, bu rayonların urbanizasiya səviyyəsini, hər 1000 nəfərə görə əhalinin doğum, ölüm və təbii artım, nəsilvermə, uşaq və ana ölümü əmsallarını dəqiqləşdirib.

Z.Eminovun sözlərinə görə, ölkədə hər il sağ doğulan 1000 uşağa görə ölüm əmsalının ən yüksək səviyyəsi 10 nəfər olduğu halda, 2017-ci ildə bu göstərici ümumən 11.1, şəhər əhalisi arasında 18.7, Bakıda 16.0 olmuş, həmin ildə 1 yaşa qədər ölən uşaqların sayı ölkədə 1700-ə çatıb, onlardan 1363-ü şəhər əhalisi arasında, o cümlədən 499-u Bakı şəhərində qeydə alınıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu döyüşün yeni tarixi açıqlandı
Yalnız burada saat əksinə dönür - SƏBƏBİ
Şifrəsiz

Süni intellekt ölümlərin qarşısını alacaq

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Qazi döyüldü: İki nəfər saxlanıldı