Qaynar xətt:

(+99450) 247 90 86

"Şamaxinka"dakı nəhəng yerüstü keçidlə bağlı SON XƏBƏR - RƏSMİ

\\\"Şamaxinka\\\"dakı nəhəng yerüstü keçidlə bağlı SON XƏBƏR - RƏSMİ

CƏMİYYƏT

847

12.11.2019, 18:03

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" Paytaxtın \"Şamaxinka\" adlanan ərazisində tıxacın qarşısını almaq məqsədilə salınan yerüstü keçiddə eskalatorlar olmayacaq.
Bunu Oxu24.com-a açıqlamasında “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib. O, həmçinin əlavə edib ki, yerüstü keçidin inşasının başa çatması bu ilin sonu, gələn ilin əvvəlinə nəzərdə tutulub: \"Həmin yerüstü keçiddə eskalatorların quraşdırılması nəzərdə tutulmayıb. Keçidin inşası isə bu ilin sonu, gələn ilin əvvəli başa çatacaq. Əvəzində isə liftlər quraşdırılacaq\".
Qeyd edək ki, Bakıda vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində paytaxtda bir neçə yerdə yerüstü piyada keçidlərinin inşası nəzərdə tutulub. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.