Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda 5 gün dərs olmayacaq

2019-11/1573494732_nazii.jpg

CƏMİYYƏT

760

11.11.2019, 21:53

\"\"  Azərbaycanda fəaliyyət göstərən məktəblərdə payız tətilinə az qalıb.
Oxu24.com xəbər verir ki, noyabrın 16-dan ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə payız tətili başlayır.
“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, 16-20 noyabrda ümumtəhsil məktəblərində beş günlük payız tətili olacaq. Məktəblərdə tədris ilinin beş günlük növbəti - qış tətilinin müddəti isə 27-31 yanvarda nəzərdə tutulub. Qeyd edək ki, 1-5 mayda ibtidai siniflər üçün beş günlük əlavə yaz tətili müəyyən edilir.