Qaynar xətt:

(+99450) 247 90 86

Meteohəssas insanlar üçün vacib xəbər: Qarşıdakı günlər...

2019-10/1572280756_797860.jpg

CƏMİYYƏT

609

28.10.2019, 20:38

\"\"  Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.
Rəsədxanadan Oxu24.com-a verilən məlumata görə, gün ərzində Günəş fəallığı çox aşağı səviyyədə, Günəş diski ləkəsiz olub. Geomaqnit sahə son 24 saat ərzində ümumən sakitdir. Proqnoz dövründə də (28 - 30 oktyabr) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Sonuncu proqnoz günü isə (30 oktyabr) Günəş küləyi parametrlərinin güclənəcəyi gözlənilir.
Proqnoz dövründə (28 - 30 oktyabr) geomaqnit sahədə ümumən sakitlik, lakin qısa fasilələrlə fəal şərait müşahidə oluna bilər. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə 10%-dən aşağı qiymətləndirilir.