Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19476
az

Sevginin ömrünü necə uzatmaq olar?

19:4726 Oktyabr, 2019
843
CƏMİYYƏT
  • A
Münasibətinizin getdikcə əvvəlki kimi olmadığnı hiss edirsinizsə və sevginizin ömürlük olmasını arzulayırsınızsa, bu məqalə sizin üçündür.
Aşırı qısqanclıq sevgini qısa müddətdə öldürən ən böyük xətalardan biridir. Hər şey kimi qısqanclığın da həddi var. "Çox sevdiyim üçün, çox qısqanıram" - sözlərini kənara qoyun, elə olmadığını biz də bilirik.

Oxu24.com gencaile.az-a istinadən bildirir ki, sevdiyiniz insanı dəyişdirməyə çalışmayın və onu istəmədiyi şeyləri etməyə məcbur etməyin. Bu cəhdlər qarşı tərəfi münasibətdən bezdirəcək əlbəttə.

Sevgilinizin səhvlərini deyərkən onu günahlandırmayın, bunu kobud şəkildə etməyin. Hər hansı hərəkətini tənqid etdikdə bunu onun yaxşılığı üçün etdiyinizi xatırladın.

Onu çox sorğu-sual etməyin, özünün sizinlə danışmasını gözləyin. Qarşı tərəfin üzərinə çox getsəniz bu situasiya onu sizdən uzaqlaşdıra bilər.

Sevgini bəsləyən əlaqələrdir. Əlaqələri əskik etməyin, amma bu o demək deyil ki, hər dəqiqə onunla zəngləşməlisiniz.

Onun zövqünə və bəyəndiklərinə hörmət edin. Sevdiyiniz insan üçün özəl olanlar sizin üçün də özəl olsun. Münasibətin dostluq tərəfini unutmayın.

Hər ikinizin zövq aldığı hobbiləri tapın və hər həftənin müəyyən günlərini onlara ayırın. Birlikdə keçirilən xoş günlər həm də gələcək üçün ən gözəl xatirələrdir.

Sevginin sehrli həyəcanını davamlı edən sürprizlərdir. Onun zövqünə uyğun sürprizlər hazırlayın.

Yuxarıda qeyd edilənlərdən daha əhəmiyyətlisi, daima dürüst olun. Güvənin və inamın olmadığı münasibətdə sevgi yaşaya bilməz. Uzunömürlü sevginin əsas sirri budur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hacıqabulda 42 yaşlı kişini ilan sancdı
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutuldu
Mineral sular həqiqətən faydalıdır? - ARAŞDIRMA

Yaponiyada yolların binaların içərisindən keçdiyi şəhər — VİDEO

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Xoşqədəm Hidayətqızı: O gecəni səhərə qədər ağlayaraq keçirdim (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?
Dələduzluq edən 2 nəfər saxlanıldı