Qaynar xətt:

(+99450) 247 90 86

Bəzi yerlərdə zəif duman olacaq - Belə deyirlər..

2019-10/1572103400_1572078186_0001.jpg

CƏMİYYƏT

562

26.10.2019, 19:22

\"\" Oxu24.com oktyabrın 27-də gözlənilən hava şəraiti haqqında məlumatı açıqlayır:
Bakıda və Abşeron yarımadasında Dəyişkən buludlu. Əsasən yağmursuz. Səhər bəzi yerlərdə zəif duman.
Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 12-16° isti, gündüz 20-23° isti, Bakıda gecə 13-15° isti, gündüz 21-23° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq. Tibbi-meteoroloji proqnoz Oktyabrın 27-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və metetoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. Azərbaycanın rayonlarında Əsasən yağmursuz. Lakin axşam bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti təşkil edəcək.