Qaynar xətt:

(+99450) 247 90 86

Polis valiydenlərindən vətəndaşlara təsirli müraciət: Onları söyməyin!

2019-10/1571914567_19_10_24_1571913814.jpg

CƏMİYYƏT

698

24.10.2019, 14:56

Sosial şəbəkələrdə bir neçə polis valideyninin video müraciəti yayılıb.
Femida.az-ın məlumatına görə, öz doğma torpaqlarından məcburi köçkün düşmüş polis valideynləri asayiş keşikçilərinin Vətənə ləyaqətlə xidmət etdiyini deyiblər. 1990-ci illərdəki vəziyyəti xatırladan məcburi köçkünlər, o zaman insanların ölkə ərazisində rahat şəkildə gəzə bilmədiyini söyləyib, indiki əmin-amanlığın polis əməkdaşları sayəsində qorunduğunu diqqətə çatdırıblar.
"Vətən üçün layiqli övladlar böyütmüşük. Azərbaycanın keşiyində duran polislərimiz Qarabağın işğaldan azad olunması üçün canlarından keçməyə hazırdılar" - deyə məcburi köçkünlər vətəndaşları Azərbaycan polisinə sayğı ilə yanaşmağa çağırıblar.