Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19323
az

Vergi ödəməyən ofisiant toya buraxılmayacaq

09:1323 Oktyabr, 2019
523
CƏMİYYƏT
  • A
 
Gələn il yanvarın 1-dən şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə, o cümlədən  foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərinin müştərilərinə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək  “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə cərimələr tətbiq ediləcək.

Oxu24.com -un  məlumatına görə, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Bu şəxsləri “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edən işəgötürənə (vergo orqanında uçotda olan sifarişçiyə) hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Qanun layihəsi Milli Məclisin 12,13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Komitədən Elçinin döyülməsi ilə bağlı açıqlama
Kirayə yaşayanlara şad xəbər: Gələn aydan öz eviniz olacaq
Bakıda bu aparat hamıya PUL PAYLAYIR - Qarşısında uzun növbələr

Yaponiyada yolların binaların içərisindən keçdiyi şəhər — VİDEO

18+

Parkda qıza təcavüz etmək istəyən kişi tutulub
Yükün içərisindən adam çıxdı— Azərbaycan sərhədində şok hadisə
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?
Şəkinin görkəminə xələl gətirən sahibkar həbs edildi