Qaynar xətt:

(+99450) 247 90 86

Sabah bu rayonun qaz təchizatında fasilələr olacaq

2019-10/1571760404_qaz.jpg

CƏMİYYƏT

599

22.10.2019, 20:06

\"\" Sabah Şəkidə yeni çəkilən 2 qaz xətti şəbəkəyə birləşdiriləcək.
Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilir ki, 2019-cu ilin tədbirlər planına əsəsən, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti ilə Şərbablar küçəsinin kəsişməsində yeni çəkilmiş diametri 108 və 89 mm olan orta təzyiqli qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri icra olunacaq.
Bununla bağlı olaraq səhər saat 09:00-dan etibarən işlər başa çatanadək Şəki şəhərində bir qrup abonentin qaz təchizatında fasilələr olacaq.