Qaynar xətt:

(+99450) 247 90 86

Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ

2019-10/1571570604_trend_sheki_payiz_autumn_281118_014.jpg

CƏMİYYƏT

758

20.10.2019, 15:22

\"\" Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.
Oxu24.com Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki,oktyabrın 21-də paytaxtda arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 20-24° isti təşkil edəcək. Bakıda gecə 15-17° isti, gündüz 21-23° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq. Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, bəzi yerlərdə yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 6-11° isti, gündüz 13-18° isti təşkil edəcək.