Məşhur təsnifata görə, Allahın sifətləri (xüsusiyyətləri) iki qrupa bölünür: sübutiyyə və səlbiyyə sifətləri. Səlbiyyə sifətləri sübutiyyə sifətlərinin ziddidir. Bu sifətlərin Allahda olması mümkün deyil. Allah səlbiyyə sifətlərinə malik ola bilməz, çünki bu xüsusiyyətlər Onun zatına əskiklik gətirər.
Oxu24.com islam.az-a istinadən bildirir ki, Allahın əsas səlbiyyə sifətləri əsasən bunlardan ibarətdir:
1. Allah şəriksizdir (vəhdaniyyət).
Allah-təala qeydsiz-şərtsiz olaraq vahiddir, yeganədir, Onun tayı-bənzəri və şəriki yoxdur. Allah-təala sonsuz sayda gözəl sifətlərin sahibi olsa da, bu, Onun zatının çoxsaylı olması demək deyil. Bütün sifətlər və gözəl adlar vahid olan Allaha məxsusdur.
2. Allahın əvvəli və axırı yoxdur (qidəm və bəqa).
Allahın əvvəli yoxdur. O, hər şeyin əvvəlidir; O, əzəlidir. Allahın sonu da yoxdur. O, əbədidir. Allahın gözəl alarından biri "əvvəl", o biri "axır"dır.
3. Allah ehtiyacsızdır (qiyam bi-nəfsihi).
Allah heç kimə və heç nəyə möhtac deyil. O, hamıdan üstün və kamildir.
4. Allah cism deyil və heç bir yaradılmışa bənzəməz (muxaləfətün lil-həvadis).
Əgər Allah cism olsaydı, ölçüyə malik olardı; yəni onun eni, uzunluğu və qalınlığı bilinərdi. Ölçü isə məhdudiyyət deməkdir. Allah-təala məhdudiyyətlərə sığışmaz. Oxu24.com
ŞƏRHLƏR