Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda internetə məhdudiyyət qoyuldu — SON DƏQİQƏ

Bakıda internetə məhdudiyyət qoyuldu — SON DƏQİQƏ

CƏMİYYƏT

1356

19.10.2019, 13:54

\"\"  Bu gün saat 12:00-dan başlayaraq Bakıda mobil internetin verilişi məhdudlaşdırılıb.
Bu barədə Demokrat.az-a mobil internet istifadəçiləri məlumat verib.
Onlar bildirir ki, \"Azercell\", \"Bakcell\" və \"NarMobile\" operatorları internetin verilişinə məhdudiyyət qoyub. Bunun səbəbi kimi Milli Şuranın bu gün Bakının Nəsimi rayonu, metronun \"28 may\" stansiyası yaxınlığında razılaşdırılmamış mitinq təyin etməsi ilə əlaqədar olması ehtimal edilir.