Qaynar xətt:

(+99450) 247 90 86

Bu gün “28 May”a gedən bütün prospekt və küçələr bağlanacaq

2019-10/1571472645_yol-polisi.jpg

CƏMİYYƏT

1464

19.10.2019, 12:09

\"\"  Bu gün oktyabrın 19-da metronun “28 May” stansiyasına gedən bütün prospekt və küçələr saat 12.00-dan 18.00-a qədər bağlanacaq. Söhbət o cümlədən şəhərin ən uzun və nəqliyyatın, piyadaların hərəkətinin intensiv olduğu “Azadlıq” prospektindən və ona birləşən küçələrdən gedir.
Oxu24.com  xəbər verir ki, məlumat virtualaz.org-a hüquq-mühafizə orqanlarına yaxın mənbələrdən daxil olub.
Məlumatda bildirilir ki, Bakı Metropoliteni də qatarların hərəkət istiqamətində dəyişiklik edib və bu dəyişikliyə əsasən qatarlar “28 May” stansiyasında dayanmayacaq, stansiyanın “Cəfər Cabbarlı” və “Azadlıq prospekti” girişləri də bağlı olacaq. Bu tədbirlər Milli Şuranın təyin etdiyi icazəsiz aksiya ilə əlaqəlidir və Daxili İşlər Nazirliyi qanunsuz aksiyanın qarşısının alınması zamanı insanların təhlükəsizliyinin təmin edilməsi üçün belə radikal tədbirlərə əl atıb. Həmçinin oxu:  Bu gün mitinqə gedənlərə polisdən xəbərdarlıq+VİDEO Azərbaycanda biabırçılıq: Polis vəzifəli şəxsi qadınla intim əlaqədə olarkən tutub-Sakinlər ayağa qalxdı