Qaynar xətt:

(+99450) 247 90 86

"Tok" vuran 9 yaşlı Zəhranın sol qolunu amputasiya etdilər

2019-10/1571248933_zaqa.jpg

CƏMİYYƏT

634

16.10.2019, 22:01

\"\" Nizami rayonunda elektrik cərəyanı vuran 9 yaşlı Zəhranın yalnız sol qolu ötən gün amputasiya edilib.
5 saylı Şəhər Kliniki Xəstəxanasının yanıq şöbəsindən Trend-ə verilən məlumata görə, müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilən 2010-cu il təvəllüdlü Əliyeva Zəhra Bayram qızının ayaqlarının amputasiya edilməsi haqqında xəbər doğru deyil: \"Xəstənin yalnız sol qolu amputasiya olunub. Hazırda azyaşlı həkim nəzarətindədir və vəziyyəti ağır olaraq qalır\". Xatırladaq ki, ötən həftə paytaxtın Nizami rayonu, Babək prospektində 6 min kv gərginliyində Komplektləşdirilmiş Transformator Məntəqəsində baş verib.
2010-cu il təvəllüdlü Əliyeva Zəhra Bayram qızı açıq qapıdan məntəqənin içərisinə daxil olaraq gərginliyə toxunub. Hadisə nəticəsində Z.Əliyevanın sol yuxarı ətrafı, sol ayağının baş barmağı, sağ baldırı yanıb. Yaralı 3-cü və 4-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.