Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18951
az

Fəqərə sürüşməsi nəyə səbəb olur? 12 Oktyabr 2019

15:5613 Oktyabr, 2019
661
CƏMİYYƏT
  • A
Fəqərə sürüşməsi bir fəqərənin digərinə nisbətən yerdəyişməsi kimi başa düşülür. Bu, xəstənin normal həyat fəaliyyətini pozmaqla yanaşı müəyyən klinik əlamətlərin meydana gəlməsinə gətirib çıxarır.

Oxu24.com e-tibb.az-a istinadən bildirir ki, bunu neyrocərrah, ATU-nun Tədris Cərrahiyyə Klinikasının həkimi Cəmil İsgəndərli deyib.

Onun sözlərinə görə, fəqərə sürüşməsinin olduğu rentgen müayinəsi ilə təyin olunur. Bundan sonra xəstədə digər problemlərin: onurğa darlığının, disk yırtığının olub-olmadığını araşdırmaq üçün əlavə MRT müayinəsindən istifadə olunur: "Təəssüf ki, fəqərə sürüşmələrinin müalicəsi yalnız cərrahi müalicədən ibarətdir. Əməliyyatla sürüşən fəqərə digər fəqərələrə fiksatorlar vasitəsilə möhkəmləndirilir və orada olan patologiya aradan qaldırılır. Bu fəqərənin sürüşməsinin qarşısını almaqla yanaşı xəstənin şikayətlərini də aradan qaldırır. Bu əməliyyatlarla əksər hallarda xəstənin şikayətləri kəsməklə yanaşı ağırlaşmaların da qarşısı alınır".

Həkim bildirib ki, sürüşmə uzun zaman davam edəndə onurğa kanalında darlığa, disk yırtıqlarının yaranmasına gətirib çıxarır: "Bu, qorxulu xəstəlik deyil, vaxtında düzgün mütəxəssisə müraciət etdikdə aradan qaldırılır".


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


İlk dəfə: 8 lider Şuşada toplanır - Strateji hədəf…
Gədəbəyə dolu düşdü: bir sıra fəsadlar yaratdı
AzTV-nin aparıcısı meyxanaçı ilə ailə qurdu -FOTOLAR

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Azərbaycanda HOTELDƏ ÖLÜM