Bu gün boşanma səbəbləri arasında ilk yeri xarakter uyğunsuzluğu tutsa da, sonsuzluq da boşanmaya səbəb olacaq amillər sırasındadır. Xüsusilə maddi cəhətdən problem yaşayan ailələrdə bu məsələ daha aktualdır. Müalicə prosedurunun, süni mayalanma prosesinin qiymətinin heç də aşağı olmadığını nəzərə alsaq, tərəflərin çıxış yolunu ayrılmaqda görməkləri o qədər də təəccüblü hal deyil.
Maraqlıdır, maddi cəhətdən problem yaşayan sonsuz ailələrə dövlət tərəfindən övlad sahibi olmaq üçün müailcə dəstəyi göstərilə bilərmi? Bu haqda qanunun qəbul olunması nəzərdə tutulub?
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclsin səhiyyə komitəsinin üzvü deputat Kamilə Əliyeva deyir ki, sonsuz ailələrə dəstək məqsədilə qanun hazırlanır:
"Milli Məclisin səhiyyə komitəsində "Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi hazırlanır. Bu qanun qüvvəyə minəcəyi təqdirdə sonsuzluq problemi öz həllini tapacaq. Qanunda nəzərdə tutulub ki, sonsuz ailələrə bir dəfə şans verilsin ki, pulsuz süni mayalanma etdirə bilsinlər. Payız sessiyası qısa olduğundan bu məsələni yaz sessiyasında müzakirə edəcəyik”. Oxu24.com
ŞƏRHLƏR