Qaynar xətt:

(+99450) 247 90 86

Əhaliyə ŞAD XƏBƏR: Bu şəxslərə 17 min veriləcək

2019-10/1570554619_pul.jpg

CƏMİYYƏT

1131

08.10.2019, 21:12

  Azərbaycanda bağlanan banklarda olan qorunmayan əmanətlərin geri qaytarılmasına başlanılacaq. Amma bütün qorunmayan əmanətlər qaytarılmayacaq.
Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Bildirilir ki, ləğvetmə prosesində olan "Atrabank" , "Royalbank" , "Kredobank" , "Zaminbank" , "Bank of Azerbaijan" , "Qafqaz İnkişaf Bankı" , "Bank Standard" , "Yunayted Kredit Bank" , "Texnikabank" , "Dəmirbank" və "Gəncəbank" da olan fiziki şəxslərin pulları qaytarılacaq. Bu banklarda 17 min manata qədər qorunmayan əmanətlərin qaytarılmasına "Kapital Bank” ASC vasitəsilə oktyabrın 16-da başlanılacaq. Kreditorların tələblərinin ödənilməsi ilə bağlı sözügedən bankın filial şəbəkəsi və lazımi sənədlər barədə əlavə məlumat veriləcək. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: