Qaynar xətt:

(+99450) 247 90 86

Dəstəmazın 7 bərəkəti

2019-10/1570381261_destemaz_238576.jpg

CƏMİYYƏT

535

06.10.2019, 21:01

\"\" Dəstəmazın iki cəhətdən faydaları diqqət mərkəzində ola bilər: onlardan biri cismani və gigiyena tərəfidir. O birisi isə mənəvi tərəfidir. Dəstəmazın mənəvi cəhətdən bərəkətlərinə nəzər salaq:
1.Oxu24.com deyerler.org-a istinadən bildirir ki, ömrü uzun edər. Həzrət Peyğəmbər (s) buyurur: \"Ey insan! Çalış təharətli və dəstəmazlı olasan ki, Allah ömrünü uzun etsin. Əgər bacarsan gecə və gündüz dəstəmazlı olasan - bu işi gör. Çünki əgər dəstəmazlı halda dünyadan getsən, şəhidin savabına çatacaqsan\". 2. Hacətin yerinə yetməsinə səbəb olar.
3. Şəhadətin savabına çatmaq. Həzrət Peyğəmbər (s) buyurur: \"O kəs ki, dəstəmazlı yatar, əgər gecə ölüm sorağına gələrsə, bu insan dünyadan şəhid getmiş olar\". 4. Dəstəmazlı halda yatanın yatağı məscid olar. Həzrət Peyğəmbər (s) buyurur: \"Hər kim dəstəmazlı halda yatar, yatağı onun üçün məscid olar və yuxusu (o kəsin savabına malik olar ki) namazla məşğul olar, o vaxta qədər ki, gecəni səhər edər\". 5. Ruzinin artmasına səbəb olar. İmam Sadiq (ə) buyurur: \"Hər kim mənzilinin xeyir və bərəkətini artırmaq istəyər - yemək yeyən zaman dəstəmaz alsın\". 6. Qəm və qüssəni aradan aparar. Həzrət Peyğəmbər (s) buyurur: \"Yeməkdən əvvəl dəstəmaz almaq yoxsulluğun aradan getməsinə və ondan sonra (dəstəmaz almaq isə) qəm və qüssəsinin aradan getməsinə səbəb olar\". 7. Qəzəbi yatızdırar. Həzrət Peyğəmbər (s) buyurur: \"O zaman ki, sizlərdən biriniz qəzəblənər, dəstəmaz alsın\".