Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18637
az

Bakı Nəqliyyat Agentliyinə “Allah bəlanızı versin!” deyən aparıcı Xəzər TV-dən uzaqlaşdırıldı — AÇIQLAMA

16:4304 Oktyabr, 2019
904
CƏMİYYƏT
  • A
 
Aparıcı Zümrüd Bədəlova Bakı Nəqliyyat Agentliyini tənqid edib. Buna zəmin yaradan isə onun idarə etdiyi avtomobilin saxladığı yerdən aparılmasıdır.

Zümrüd hadisədən sonra sosial media hesabında quruma qarğış dolu status yazıb:


“Allah sizin bəlanızı versin. Hansı qanunda indi maşını yerindən tərpədirlər, ay insafsızlar? Duxunuz çatırdı qabağındakı bahalı maşını da aparardınız. Sizi görüm elə hala düşəsiniz ki, əziziniz öləndə onu aparmağa maşın tapmayasınız. BNA – qanunsuz, iş bilmədən millətin pulunu yeyənlər!”.

Criminal.az saytının əldə etdiyi məlumata görə, Z.Bədəlova yazdığı tənqidi statusa görə artıq Xəzər TV-dən uzaqlaşdırılıb.

Özünü aparıcının köməkçisi kimi təqdim edən şəxs isə açıqlama vermək istəmədi:

“Mən məsləhət bilmirəm Zümrüd xanım sizinlə danışsın…”.

 

Image result for Mais Ağayev


Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat katibi Mayis Ağayev aparıcı Zümrüd Bədəlovanın ittihamına cavab verib:


"Xahiş edirəm bilmədən ittiham etməyək. Əvvəlcə onu qeyd edim ki, adı çəkilən qadın bizi tənqid yox təhqir edib. Biz tənqidə açıq olmuşuq və bu belə də olacaq. Amma təhqir etmək olmaz. Həm də qeyri-etik ifadələrlə, qarğışla... Bu şəxs nəqliyyat vasitəsini Əziz Əliyev küçəsində saxlayıb hərəkətə maneə yaradıb. Təxliyə zamanı nəqliyyat vasitələri bir bir aparılır. Hələ bir neçə avtomobili eyni anda daşımaq mümkün deyil. Digər yandan bu qadın təkcə bir ayda 12 dəfə qayda pozub".


Xatırladaq ki, Z.Bədəlovanın tənqidi statusu ilə bağlı yazılmış bütün məqalələr artıq saytlardan sildirilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kişi hamilə arvadını xəstəxanaya atıb XARİCƏ QAÇDI
İmişlidə dəhşətli qəza: Ata və oğlu öldü - Fotola
Azərbaycanda gənc şair faciəvi şəkildə öldü -FOTO

Pentaqonun UFO Ofisi bir ildə 700-dən çox hesabat aldı - The Hill

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Paşinyan saqqalını qırxdı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Oğlu öldürülən anaya verilişə çıxdığına görə- Xəbərdarlıq