Xalq artisti Murad Dadaşovun "Popumuz var" verilişində dediyi sözlər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Oxu24.com xəbər verir ki, xalq artisti neft haqqında maraqlı fikir irəli sürüb. O sovet dövrü ilə kapitalizmi müqayisə edərək deyib:
"Qərb ölkələrində varlı insanlara qarşı nifrət yoxdur. Bu nifrət ancaq sosializm ölkələrində görə bilərsiz. Bilirsiz nə ilə bağlıdır, Sovet dövrün rejimi kalxoz idi. Hamının nəyi var idisə, ortalığa qoyurdu. Bir nəfər kalxoz sədri seçilirdi və özünəməxsus şəkildə davam edirdi. İndi isə düşünürlər ki, eyni hüquqa malik idik necə oldu siz qabağa keçdiz. Bundan isə nifrət yaranır. Kimsə varlanırsa, kiminsə pulunu qazanmır. Amma Sovet dövründə hamı bir-birinin pulunu qazanırdı.
Bəzən deyirlər neft sənindir, mənimdir. Neft dövlətindir. Onlara demək lazımdır, sən bu neft üçün nə etmisən. Sən də istedadını göstər keç önə."
Həmin kadrları təqdim edirik:
Oxu24.com
ŞƏRHLƏR