Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18510
az

İçimizdəki qəddar insan necə yaranır? - Psixoloji məqamlar

20:4701 Oktyabr, 2019
1055
CƏMİYYƏT
  • A
Oxu24.com medicina.az-a istinadən psixoloq Aydan Sabirlinin yazısını təqdim edir.

Bu, hər zaman bizə təzyiq göstərən ağır valideyn obrazının oxşarı olmur. Bəzən bu qəddarlıq öz-özlüyündən formalaşır.

Bir qadın bildirir ki, uşaqlıqda heç kəs onu səhvlərinə görə cəzalandırıb, qiymətlərinə görə danlamayıb. İçində yaranan bu idarəedici ideallıq həvəskarı olan obrazın yaranma səbəbini anlaya bilmir. Uşaqlıqdan səhv etməyə imkan verməyən mükəmməliyyətçilik sindromu sürəti dəyişməyərək indi də ideallıq axtarışındadır. Qadın bu ideallığı əldə etmək üçün var gücü ilə çalışır, sağlamlığın, vaxtın, münasibətlərin məhv edir.

Bəs bunun yaranma səbəbi nədir?

Axı valideynləri və müəllimləri bu qıza qəddarlıq və təzyiq göstərməyiblər?!
O zaman bunun səbəbini açıqlayım:

Valideynlər uşağı səhvlərinə, uğursuzluqlarına görə danlamaya bilərlər, lakin onun normal obrazına, adi halına sevinməyərək, uşağa saymazlıq edirlər.
Lakin bir uğurun gördükdə onunla fəxr edirlər, gülümsəyirlər, sevgilərin dilə gətirirlər, durmadan əldə etdiyi nəaliyyətlərdən bəhs edirlər.

Bu halda uşaq nə edir?

O hiss edir ki, valideynləri yalnız bunun uğuruna xoşbəxt olub, sevinirlər. Uğurlar və əla qiymətlər olmadıqda isə uşağı sevmirlər, ona gülümsəmirlər, heç nəyin fərqinə varmırlar, bir sözlə onu saymırlar.

Uşaq isə bu sevgini qazanmağa çalışaraq, özünü fəda edir, hər şeyi əldə etməyə çalışır, mükəmməl olmağa çabalayır. İçindəki səs ona "Biraz da çalış, daha çox əldə et, dayanma, mükəmməl biri ol yoxsa səni sevməyəcəklər..."
Beləliklə uşaqda mükəmməliyyətçilik sindromu, narsistlik, əldə edici obraz yaranır.

Bu problemin təməlində isə sevdiklərini itirmə qorxusu, təsdiq axtarışı, dəyərsizlik hissi, mükəmməliyi ilə bədbəxt anaya xoşbəxtlik bəxş etmə çabası yatır.

İçində yaranan bu obraz belə edərək onu qoruyur və qayğısına qalmağa çalışır. Öz-özlüyündən formalaşan bu qəddar diktator əslində bir müdafiyə mexanizmidir.

Ona görə də, övladlırınızı olduğu kimi qəbul edib, onlara sevginizi göstərin ki, gələcəkdə onlar da özlərini sevməyi bacarsınlar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nəticələr Xameneiyə təqdim olunacaq
İranın azərbaycanlı prezidentinin qələbəsi RƏSMƏN TƏSDİQLƏNDİ
Məşhur aktrisa ilk dəfə ana olacaq -FOTO

Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Qohumunu güllələyən 29 yaşlı şəxs saxlanıldı