Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18469
az

Quranın yenilik və təravəti

20:5130 Sentyabr, 2019
660
CƏMİYYƏT
  • A
Oxu24.com maide.az-a istinadən günün hədisini təqdim edir:
 
İmam Rza (ə):
 
اِنَّ اللهَ تَعَالَيٰ لَمْ يَجْعَلِ الْقُرآنَ لِزَمَانٍ دُونَ زَمَانٍ وَ لا لِنَاسٍ دُونَ نَاسٍ فَهُوَ فِي كُلِّ زَمَانٍ جَدِيدٌ وَ عِنْدَ كُلِّ قَوْمٍ غَضٌّ اِلَيٰ يَوْمِ الْقِيَامَةِ
 
"Allah-Taala Quranı xüsusi bir zaman və müəyyən bir cəmiyyət üçün göndərməmişdir. O, Qiyamət gününə qədər hər zaman yeni və hər bir cəmiyyət üçün təravətlidir."
 
("Səfinətul-bihar", c.7, səh.249.)
 
Qısa izah
 
Bu sözlər imam Rzadan: (ə) "Nə üçün Qurandakı sözlərin mənası dəfələrlə oxunmasına baxmayaraq köhnəlmir və həmişə təravətlidir?" - deyə soruşulan suala cavab olaraq bildirilmişdir.
 
O həzrət Quranın həqiqətinin dolğun mənasına işarə edərək buyurur ki, Quran maddi aləmin yaratdığı və bəşəriyyətin səbatsız, tez ötüb-keçən fikirləri kimi deyildir ki, zaman keçdikcə köhnəlik tozu onun üzərinə hopsun.
 
Quranın mənbəyi böyük Allahın elmindən qaynaqlanır ki, bu da onun vücudunun əzəli, kəlamının isə zatı kimi əbədi olmasına sübutdur. Bu səbəbdən, hər dəfə Quranı mütaliə etdikdə, yeni və daha maraqlı olur. Bu isə Quranın əzəmət və möcüzəli olduğunu bildirən əlamətlərdən biridir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hər gün kartof yeyirsinizsə nə baş verə bilər?
Viktor Orban Gürcüstanda səfərdədir
Noyabrda 18 gün dərs olmayacaq - TARİXLƏR

Yarasaların gözəllik müsabiqəsi keçirilir

18+

Parkda qıza təcavüz etmək istəyən kişi tutulub
Yükün içərisindən adam çıxdı— Azərbaycan sərhədində şok hadisə
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?
Şəkinin görkəminə xələl gətirən sahibkar həbs edildi