Qaynar xətt:

(+99450) 247 90 86

Günün ulduz falı: 17 may, 2018

Günün ulduz falı: 17 may, 2018

CƏMİYYƏT

1780

16.05.2018, 23:56

\"\" Qoç – Bütün işlər yolunda gedəcək. Yalan sizə kömək etməyəcək. Bununla özünüzə zərər verəcəksiniz. Əsəb gərginliyi nəticəsində xroniki xəstəlikləriniz baş qaldıracaq. Sponsor tapmaq şansınız böyükdür.
Buğa – Bu gün dincəlin. İşlərdə uğur gözləməyin. Xoşagəlməz xəbərlər ola bilər. Sevdiyiniz insanla cox ciddi inciklik yaranacaq. Bu gün çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz. Əkizlər – Bu gün dövlət məmurları ilə görüş planlamaq üçün əlverişlidir. Kişilər öz cəngavərlik xislətlərini  sərgiləyəcək. Əməkdaşlıq sizə pul və faydalı əlaqələr gətirəcək. Kompyuterlə ehtiyatlı olun.
Xərçəng – Sağlamlığınıza diqqət edin. Vacib qərarlar verməzdən öncə vəziyyəti diqqətlə öyrənin. Açıq havada gəzin. Bu gün memar və mühəndislər üçün şans günüdür. Şir – Maliyyə məsələləri və səyahət üçün uğurlu gündür. Evdə çoxlu təxirəsalınmaz işlər yaranacaq. Artıq bağlı hesab etdiyiniz məsələlər yenidən gündəmə gələcək. Axşamtərəfi qonaqlar gözlənilir. Qız – Sizi dəstəkləyən vəzifəli şəxslər bu gün dəstəyini əsirgəyəcək. Çoxlu təxirəsalınmaz işlər meydana çıxacaq. Sevdiyiniz adamla dostlarınıza qonaq getməyin, mübahisə gözlənilir. Əhvalınız korlanacaq. Tərəzi – Çox işgüzar gündür. Yaxşı yaradıcılıq uğurları ola bilər. Bu gün sərfəli iş təklifi ala bilərsiniz. Sponsor tapmaq ehtimalı var. Əqrəb – Yüksək aktivliklə fərqlənəcəksiniz. Bu gün ev heyvanlarını baytara aparmaq olmaz. Bunu bir neçə gün sonraya salın. İlham pəriniz qonaq gələcək. Zəhmətinizin bəhrəsini görəcəksiniz. Oxatan – Təcrübəniz nəticəsində əlinizdə olan vəsaitlərdən düzgün istifadə edəcəksiniz. Doğruluğunuz nəticəsində bir çox məsələlər öz həllini tapacaq. Qida zəhərlənməsi, məişətdə zədələnmə ola bilər. Kompyuterlə ehtiyatlı olun. Oğlaq – Bu gün dözüm və xüsusi yanaşma tələb edən gündür. İşgüzar səfəri təxirə salın. Fantaziyalarınıza güc verin və bəhrəsini görün. Memarlar üçün gözəl gündür. Dolça – Bu gün dəyişikliklər vəd edir. Məqsəd və məramınızı dəqiqləşdirəcəksiniz. Küsülü olduğunuz dostlarla görüşün. Axşam tərəfi ürəkaçan qonaqlarınız gələcək. Balıqlar – Bu gün əks cinsin nümayəndələri başınıza fırlanacaq. Çoxdan məhv olmuş hesab etdiyiniz işlər gözlənilməz uğurla nəticələnəcək. Xoşagəlməz ciddi söhbət  gözlənilir. Əhvalınız korlanacaq.