Qaynar xətt:

(+99450) 247 90 86

Tehranda it gəzdirmək qadağandır

2019-09/1569682644_789998.jpg

CƏMİYYƏT

610

28.09.2019, 18:57

\"\"İranın paytaxtı Tehranda ictimai məkanlarda it gəzdirmək və onu avtomobildə daşımaq qadağandır.  Oxu24.com Trend-ə istinadən bildirir ki, bunu Tehranın polis rəisi Hüseyn Rəhimi Gənc Jurnalistlər Klubuna açıqlamasında deyib.
H.Rəhiminin sözlərinə görə, paytaxt polisi belə hallarla ciddi şəkildə mübarizə aparır.
Polis rəisi əlavə edib ki, ötən dövrlərlə müqayisədə şəhərdə iti gəzdirmək və avtomobillə aparmaq azalıb: \"Bir çoxları elə hesab edir ki, polis it saxlamağa qarşıdır. Halbuki polis mənzillərdə itin saxlanılmasının əleyhinə deyil\".