Ciblərinə pul axacaq 4 bürc
17 Yanvar 2026, 11:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3041
28.09.2019, 15:32
“ Bildiyimiz kimi ölkə rəhbəri cənab İlham Əliyevin rəhbərliyi ilə ciddi islahatlar keçirilir. Bu islahatlar sırasında əhalinin sosial durumunun daha da yaxşılaşdırılması mühüm yer tutur. Biz bu cür əhəmiyyətli layihələrin həyata keçirilməsində bir vətəndaş kimi Dövlətin yanında olmalıyıq. Bizim şirkətin əsas istiqamətlərindən biri də məhz budur. Bizim şirkət bu il yaranıb. Fəaliyət istiqamətimiz müxtəlif sahələr üzrə ixtisaslı kadrların seçilməsi, hazırlanması və şirkətlərə yönləndirilməsdiri. Az bir zamanda 100-a yaxın vətəndaş ixtisaslaşaraq müxtəlif vəzifələrə göndərilib. Onlar arasında qaynaqçı, elektrik, sürücü, fəhlə və digər peşə sahibləri də var.”, deyə şirkətin direktoru bildirib.
“Mak Marin LTD” şirkəti əsas iş prinsiplərini gənc kadrların işlə təmin edilməsi üzərində qurub. Şirkətin demək olar ki, bütün rəhbər əməkdaşları gənc kadrlardan təşkil olunub.
“Fikir versəniz bizim əməkdaşlarımızın böyük əksəriyyəti gənclərdən ibarətdir. Biz bu əməlimizlə Dövlətin gənclərə verdiyi dəstəyə bir növ təkan vermiş oluruq. Bizim savadlı kadrlarımız Türkiyədə təhsil alıb. Hazırda 5 vətəndaşımız layihələr üzrə idarəetmədə rəhbər işçilərdir.”, deyə şirkətin direktoru bildirib.
Əməliyyatlar üzrə departament rəhbəri Şəhriyar Quliyev görüləcək işlər barədə məlumat verib.
“Hazırda yeni işçilərimiz “Murphy” ərazisində yerləşir. Bizim üçün vacib məsələlərdən biri işçilərin tam sağlam və təhlükəsiz şəraitdə işləməsidir. Bunun üçün əlimizdən gələni edirik. Şirkətimiz yeni yaranmasına baxmayaraq artıq təcrübə toplamışıq. Ümid edirik ki, gələcəkdə uğurlarımız daha da bol olacaq.”
Həmçinin oxuyun
Şirkət əməkdaşların və işə götürülən şəxslərin sağlamlığına da diqqət edir. İşə götürülən bütün şəxslərin tibbi sığortası şirkət tərəfindən təmin edilir. Əməyin Mühafizəsi üzrə eksperti Sadiq Əlizadə bildirib ki, işçilər onların şirkətindən ayrılqdıda belə onların tibbi sığortası qüvvədə qalır.
“ Biz təhlükəsizlik məsələsinə də xüsusi diqqət edirik. Əməkdaşlarımızın hər biri tibbi sığorta ilə təmin edilir. İşçilər ümumi qan analizi edildikdən sonra sağlamlıq haqqında arayış əsasında həyatları sığorta olunur. Ərazidə çalışan işçilər tam sığorta paketi ilə təmin olunur.
“Mak Marin LTD” şirkəti vasitəsi ilə artıq iş fəaliyyətinə başlayan Aslan Əliyev razılığını ifadə edib.
“ Mən şirkət vasitəsi ilə ixtisaslaşdıqdan sonra iş düzəldim. İndi hər bir şəraitdən razıyam. Bizi xüsusi maşınla metronun yaxınlığından götürüb iş yerinə çatdırırlar.Rəhbərliyin nəzarəti də hər zaman üzərimizdədir.”
Şirkət yeni yaranmasına baxmayaraq bir sıra uğurlara imza atıb.Təsisçi və direktor Mətanət Süleymanzadə “Brend of Azerbaijan”, “Biznes lady” və “İlin zəhmətkeş xanımı” mükafatlarına layiq görülüb.




11:09 / 17 Yanvar 2026
10
11:05 / 17 Yanvar 2026
22
10:46 / 17 Yanvar 2026
25
10:27 / 17 Yanvar 2026
28
10:19 / 17 Yanvar 2026
40
10:17 / 17 Yanvar 2026
40
10:10 / 17 Yanvar 2026
850
09:59 / 17 Yanvar 2026
43
09:34 / 17 Yanvar 2026
59
09:14 / 17 Yanvar 2026
86
09:06 / 17 Yanvar 2026
757
08:58 / 17 Yanvar 2026
76
08:51 / 17 Yanvar 2026
60
06:08 / 17 Yanvar 2026
87
00:39 / 17 Yanvar 2026
145
00:09 / 17 Yanvar 2026
702
23:59 / 16 Yanvar 2026
325
23:54 / 16 Yanvar 2026
151
23:47 / 16 Yanvar 2026
113
23:44 / 16 Yanvar 2026
118
23:39 / 16 Yanvar 2026
395
23:34 / 16 Yanvar 2026
136
23:31 / 16 Yanvar 2026
131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.